Məhkəmə qərarları › İş №3(002)-1380/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1380/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1380/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 25054416 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 25054416 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Qaradağ Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilsə də, həmin vəsatətdə göstərilən gecikmə səbəbini təsdiq edəcək sübut əlavə edilməmişdir Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 25054416 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 25054416 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 25054416 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar