Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1381/2025 21.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, X1 DİN-in BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli, EQ 25169301 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 22 dekabr 2025-ci il tarixli, EQ 25169301 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 22 dekabr 2024-cü il tarixli EQ 25169301 saylı inzibati xəta haqqında qərarı əsasında X3 İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, qəbul edilmiş qərarla razı deyildir, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərarın ləğv edilməli və iş üzrə icraat xitam verilməlidir: Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilmişdir ki, 22 dekabr 2024-cü il tarixdə saat 10:55:58-də etibarnamə əsasında idarə etdiyi “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı avtoməbillə Bakı şəhəri, Qardağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə quraşdırılan elektron tərəzi onun nəqliyyat vasitəsini iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyini qeydə almış və nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat cərimə edilmişdir. “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə etmişdir. Həmin nəqliyyat vasitəsi ilə daş karxanasında tullantı daşları daşımaqla məşğuldur. Yükü avtomobilə yükləyərkən yolda hərəkət zamanı problem yaşamaması üçün avomobildə tərəziyə çəkdirir. Həmçinin yükü göndərən təşkilat da, yükü göndərərkən yükü çəkərək alıcı şirkətə təhvil verir, yükü göndərən təşkilatın da yükü azaltmaq və ya çoxaltmaq kimi marağı ola bilməz, çünki bu birbaşa onun özünə ziyandır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindəki elektron tərəzisində maşının yüklə birgə ümumi kütləsinin 31880 kq olduğunu müəyyən etmişdir. Tullantı daşları ilə yüklü maşın göstərilən çəkidə ola bilməz və bu səbəbdən avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 81.1-ci maddəsin əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin məcəllənin 81.2-ci maddəsin əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz və başlanmış işə xitam verilir. Bundan başqa, X3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ayrıca ərizə ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli EQ 25169301 saylı inzibati xəta haqqında qərardan yeni xəbərdar olmuşdur və həmin qərarı Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə müraciət edərək əldə etmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli EQ 25169301 saylı inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli EQ 25169301 saylı inzibati xəta haqqında qərar üzrə 600 manat cərimə inzibati tənbeh növündən əlavə, ona cərimənin ödənilmədiyi günlər üçün 360 manat dəbbə pulunun da hesablandığı müəyyən edilmişdir. Nəriman Muradovun həmin qərar barədə vaxtında məlumatlı olsa idi şikayət vermək hüququndan çoxdan istifadə edərdi. Buna görə də, N.C.Muradovun 22 dekabr 2024-cü il tarixli EQ 25169301 saylı inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməlidir. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. X3 isə əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, 21 iyul 2021-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə audio-video yazı ilə keçirilmiş 14 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, 21 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddələrinə əsasən, işə şikayətçi X3 və DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 10 iyul 2025-ci il və 14 iyul 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak edən X3 bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmişə yüklə əlaqədar problem yaranmaması üçün elektron tərəzidə çəkdirir. Həmin nəqliyyat vasitəsi ilə daş karxanasında tullantı daşları daşımaqla məşğuldur. Buna görə də, o, 22 dekabr 2024-cü il tarixdə saat 10 radələrində Daxili İşlər Nazirliyinin BDYPİ-nin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindəki elektron tərəzidə avtomobili yüklə birlikdə çəkdirmiş və avtomobilin ümumi kütləsinin 31880 kq olduğu müəyyən edilmişdir. Onun yükü azaltmaq və ya çoxaltmaq kimi marağının olması mümkün deyildir, avtomobil tərəzisində aparılmış ölçmə nəticəsində artıq yük olacağı halda yük boşaldırılır. Avtomobilini yüklə birlikdə həmin elektron tərəzidə ölçdükdən sonra, 22 dekabr 2024-cü il tarixdə saat 10:55:58-də etibarnamə əsasında idarə etdiyi “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən, M-2 yolunun 47,9-cu km-liyində, Ələt istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron tərəzi onun nəqliyyat vasitəsini iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyini qeydə almış və nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat cərimə edilmişdir. Lakin o, həmin inzibati xəta haqqında elektron qərarla razı deyildir, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 22 dekabr 2025-ci il tarixli EQ 25169301 nömrəli qərardan aydın olur ki, X3 22 dekabr 2025-ci il tarixdə saat 10:55:58-də idarə etdiyi “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 25169301 nömrəli qərara əlavə edilmiş fotogörüntülərdən müşahidə edilir ki, 22 dekabr 2025-ci il tarixdə saat 10:55:58-də idarə etdiyi “SHACMAN SX3315DT326 YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 32000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 35170 kq olmuşdur. İş materiallarında olan şikayətə əlavə edilmiş Azərbaycan Respuiblikası Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidməti Alayının **********041 nömrəli qəbzdə göstərilmişdir ki, “SHACMAN YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 dekabr 2024-cü il tarixdə saat 10:51:38-də Bakı-Qazax yolunun üzərində yerləşən DİN-nin BDYİnin 179 nömrəli postunda avtomobil tərəzisində çəkilərkən çəkisi 31880 kq olmuşdur. İş materiallarında olan və X3 tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X5 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 150896 nömrəli şəhadətnamədə göstərilmişdir ki, Azərbaycan Respuiblikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının YAOHUA XK 3190-M1 markalı, Çin istehsallı avtomobil tərəzisi 06 sentyabr 2024-cü il tarixdə yoxlamadan keçmiş və növbəti yoxlama tarixinin 02 sentyabr 2025-ci il olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X5 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 160512 nömrəli şəhadətnaməsində göstərilmişdir ki, 9835A tipli hərəkət halında ölçmə nəzarət sistemi 02 sentyabr 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi 02 sentyabr 2025-ci ildir. Məhkəmə X3 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidməti Alayının **********041 nömrəli qəbzində yükün çəkisinin 31880 kq olduğu göstərilsə də, “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin göstəriciləri daha dəqiqdir. “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi hərəkət halında olan nəqliyyat vasitələrinin çəki və yüklə birlikdə ölçülməsi sahəsində ixtisaslaşmışdır. Digər elektron tərəzilərə nisbətən M-2 yolunun 47,9 km-liyində, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir. N.C.Muradovun təqdim etdiyi qəbz qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən əvvəl N.C.Muradovun nəqliyyat vasitəsində olan yükə hər hansı müdaxilə etməsi istisna olunmur. Həmçinin onun “SHACMAN YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real olaraq DİN-nin BDYPİ-nin elektron tərəzisində ölçülməsini təsdiq edən mötəbər sübut, yəni bunu təsdiq edən hər hansı foto və ya videogörüntülər təqdim edilməmişdir. Həmin sübutlar təqdim edilsəydi belə, “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin daha dəqiq və real ölçmə xüsusiyyətinə malikdir. Lakin 22 dekabr 2025-ci il tarixli EQ 25169301 nömrəli elektron qərara əlavə edilən foto şəkillərdən də göründüyü kimi 22 dekabr 2025-ci il tarixdə saat 10:55:58-də X1 idarə etdiyi “SHACMAN YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı avtomobilin yüklə birlikdə çəkisi qeyd edilən “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 22 dekabr 2025-ci il tarixdə saat 10:55:58-də idarə etdiyi “SHACMAN YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X3 22 dekabr 2025-ci il tarixdə saat 10:55:58-də idarə etdiyi “SHACMAN YÜK” markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün üçün icazə verilən maksimum kütlə parametri 32 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 22 dekabr 2025-ci il tarixli EQ 25169301 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 22 dekabr 2025-ci il tarixli, EQ 25169301 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1381/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1381/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver