Məhkəmə qərarları › İş №3(002)-1383/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1383/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1383/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2023 saylı, 06 fevral 2023-cü il tarixli, 2(002)-665/14 saylı, 14 fevral 2014-cü il tarixli, 2(002)-1851/13 saylı, 09 sentyabr 2014-cü il tarixli və 2(002)-2024/13 saylı, 30 sentyabr 2013-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2023 saylı, 06 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 900 (doqquz yüz) manat, cavabdeh X4 isə 1500 (min beş yüz) manat pulun tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-665/2014 saylı, 14 fevral 2014-cü il tarixli məhkəmə əmrinə əsasən Şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 saylı ünvanda yerləşən "xxxx" ASC-nin xeyrinə 948,52 ABŞ dolları əsas borc, 109,84 ABŞ dolları faiz borcu və 67,76 ABŞ dolları cərimə, cəmi 1126,12 ABŞ dolları borcun (Azərbaycan manatına məzənnəsi ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Bundan başqa həmin Məhkəmənin 2(002)-2024/2013 saylı, 30 sentyabr 2013-cü il tarixli məhkəmə əmirnə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə 474,40 azn əsas borcun, 49,03 azn faiz borcunun, 53,15 azn cərimə, cəmi 576,58 azn borcun və 20 azn dövlət rüsumu məbləğində tutulması əmr edilmişdir. Bundan başqa həmin Məhkəmənin 2(002)- 1851/2013 saylı, 09 sentyabr 2013-cü il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə əsas borc 166,65 manat, cərimə borc 75,26 manat və 20 manat dövlət rüsumu, cəmi 261,91 manatın tutulması əmr edilmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2023 saylı, 06 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə 03 aprel 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun əri X7 “X8” MMC-də işə başladığından borc tələbi onun iş yeri üzrə əmək haqqına yönləndirilmişdir. Lakin indiki iş üzrə borclu Şəxs rəsmi iş yeri olmadığından və indiyədək yuxarıda qeyd olunan borclarından, habelə 2(002)-192/2023 saylı, 06 fevral 2023-cü il tarixli icra sənədi üzrə borcundan heç bir ödəniş etmədiyindən, habelə o icra məmurunun çağırışlarına gəlmədiyindən borclunun məcburi gətirilməsi haqqında Qaradağ rayon Məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 8(002)-172/2023 saylı Qərardadına əsasən Şəxs Qaradağ rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qət edilmişdir. Nəticədə bu gün, yəni 13 iyul 2023-cü il tarixdə sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 13 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında bildirmişdir ki, rəsmi iş yeri olmasa da arabir taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir il bundan qabaq Şəxs onun avtomobilində sərnişin qismində əyləşərkən ona maddi sıxıntılarının olmasını, övladlarının repetitorlara olan borcunu ödəyə bilmədiyini ona bilmişdir. O Samirəyə yazığı gəldiyi üçün ona 900 manat borc pul vermişdir. Bundan bir müddət sonra Samirənin əri Sabir İsakov da ona yaxınlaşaraq ondan 1500 manat borc pul istəmiş, hər iki borcu birlikdə ödəyəcəklərini ona demişlər. O bir müddət sonra öz borcunu tələb etdikdə isə ona borcunu ödəməyəcəklərini bildirərək telefonda təhqir etməyə başlamışlar. O hal-hazırda borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir, biri yetkinlik yaşına çatmayan olmaqla iki övladı var. İndiyədək rəsmi iş yeri və qazancı olmamışdır. Buna görə də yuxarıda qeyd olunan icra vərəqələrini icra etməmişdir. X5 borcunu isə hal-hazırda ödəyə bilmir. Şərait yaradılacağı təqdirdə hissə-hissə olmaqla borcundan ödəniş edə biləcəyini, qalan borcu isə qısa müddətdə ödəmək üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarın, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borclarından xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 13 iyul 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını, eləcə də bu işlə bağlı ilk dəfə məhkəmə məsuliyyətinə verilməsini və yaranmış borcunu qısa müddətdə ödəməyə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar