Məhkəmə qərarları › İş №3(002)-1384/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1384/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1384/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X3, DİN-in BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EQ 28655732 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində qanunsuz tərtib edilmiş EQ 28655732 saylı, 18 iyun 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, barəsində xx.xx.2025-cü il tarixdə, saat 09:33-də Bakı Salyan yolu 14-cü km Binə ticarət mərkəzinin qarşısında “Toyota Land-Cruiser Prado” markalı, **-GJ-*** qeydiyyat nişanlı nəliyyat vasitəsi ilə İXM-nin 346.4-cü maddəsinin tələblərinin pozması barədə protokol tərtib edilmişdir. Elektron kabinetinə təkcə foto şəkil göndərilmiş, video yazı isə göndərilməmişdir. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin DYPB-nə müraciət edərək tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarın surətini rəsmi olaraq götürmüşdür. Qərarın surətindən görünür ki, tərtib edilmiş protokol inzibati xətalar haqqında ganunvericiliyinin tələblərinin pozulması ilə tərtib edilib. Belə ki, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28655732 saylı qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməyib. Bununda bir izahı var ki, inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə qoşulmayan hər hansısa bir müşahidə kamerasının monitorundan telefon vasitəsilə çəkilib və bu halda qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X4nə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X4nin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlave edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə tesdiq edilmiş qerarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə asasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktiki melumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzre icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ile, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şexs yo! hərəkəti qaydaları, yol herakoti tahlükəsizliyinin temin edilmesi və avtomobil yollanından istifadə qaydalanı əleyhine olan inzibati xətaların törədilməsinə görə inzibati tenbeh tetbiq etmə haqqında qorar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxan səlahiyyətli orqana (vəzifəli şexse) ve ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının X4ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexse həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, "X8 Prado minik” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. 18 iyun 2025-ci il tarixdə, saat 09:33-də Bakı-Salyan yolunun 14-cü kilometrində, “Binə” ticarət mərkəzinin qarşısında olarkən guya yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmışdır. Lakin həmin vaxt o hər hansı bir yol hərəkəti qaydasını pozmamışdır. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X4nə ötürülməli, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalıdır. Həmin qərar çıxarlarkən inzibati xətanın aşkar edilməsində istifadə olunan videokameranın tipi, markası, modeli son dəfə yoxlamadan keçdiyi vaxt və s. qeyd edilməmişdir. Odur ki, 18 iyun 2025-cü il tarixli, EQ 28655732 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X2 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X5 18 iyun 2025-cü il tarixdə, Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi , "X8 Prado minik" markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmış və avtomaşından sərnişin düşürmüşdür. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar videogörüntü də mövcuddur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 iyun 2025-cü il tarixli, EQ 28655732 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 09:33də Bakı Salyan yolu 14-cü km Binə ticarət mərkəzinin qarşısında “Toyota Land-Cruiser Prado” markalı, **-GJ-*** qeydiyyat nişanlı nəliyyat vasitəsi ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanmışdır. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 DİN-in BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EQ 28655732 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar