Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1385/2025 10.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2 DİN-in BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı şəhəri istiqamətində X4 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də M-2 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində iki oxlu dartıcı üçoxlu yarımqoşqu ilə “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və “**-YD-***” dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında istifadə edilməsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə razı deyildir. Hesab edir ki, həmin qərar qanunsuzdur, işin hallarını əks etdirmir, birtərəfli qaydada, heç bir araşdırma aparılamadan qəbul edilmişdir. Belə ki, 05 iyun 2025-ci il tarixdə M-2 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində onun idarə etdiyi “**-JF-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X15 Zavodu” MMC-də 04 iyun 2025-ci il tarixdə saat 23:47-də 27,24 ton sement yükləyərək 39,7 ton dolu çəki ilə zavoddan çıxmışdır. Bununla bağlı “X15 Zavodu” MMCnin X11 mövcuddur və xx.xx.2025-ci il tarixli OMS K 00579 nömrəli giriş və OMS K 00580 nömrəli çıxış Kalibrləmə Sertifikatlarına əsasən zavodun elektron avtomobil tərəzisinin növbəti kalibrləmə vaxtı xx.xx.2026-cı ilədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). Bundan əlavə, həmin ərizədə qeyd edilmişdir ki, 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də M-2 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində ikioxlu dartıcı yarımqoşqu ilə “**-JF-***” dövlət qeydiyyat nişanlı qoşqunu idarə edərkən X4 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edildikdən dərhal sonra saat 12:40 radələrində “AGRO- TERMİNAL LOKBATAN” adlı pullu yolda tərəzidən keçmişdir (iş materiallarına əlavə edilir) və çəkisi 39600 ton olmuşdur. Yük avtomobilinin Qazax rayonunda yerləşən "xxxx" zavodundan yola çıxaraq Qaradağ rayonu Lökbatan qəsəbəsinə kimi gəldiyi yolda təqribən 100 lt dizel yanacağını sərf etdiyi nəzərə alınsa avtomobilin ümumi çəkisi normal olaraq azalmışdır. Buradan da görünür ki, pullu yoldakı tərəzi və "xxxx" MMC-nin tərəzisi düz çəkir. Yükün plomblarının üzərində olması ilə bağlı video görüntüləri də məhkəməyə təqdim ediləcəkdir. Buna görə də, Məhəmməd Məmmədov “Yol hərəkəti haqqında” Qanunun hər hansı tələbini pozmamış, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta pozuntusuna yol verməmişdir. Heç bir araşdırma aparılmadan əsassız qərar qəbul edilmişdir. 05 iyun 2025-ci il tarixli EQ 28373684 saylı qərar düzgün deyildir, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirmişdir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı şəhəri istiqamətində o, 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də M-2 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində iki oxlu dartıcı üçoxlu yarımqoşqu ilə, yəni “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və “**-YD-***” dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərkən yolda quraşdırılan elektron tərəzinin üzərindən keçdiyi vaxt barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla razı deyildir. Çünki o, 04 iyun 2025-ci il tarixdə saat 23:47-də idarə etdiyi “**-JF-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X15 Zavodu” MMC-də 27,24 ton sement yükləyərək 39,7 ton dolu çəki ilə zavoddan çıxmışdır. Bu barədə “X15 Zavodu” MMC-nin X9 müvafiq qeydiyyatlar aparılıb. 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də M-2 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində nəqliyyat vasitəsi ilə yolda quraşdırılmış elektron tərəzinin üzərindən keçdikdən və barəsində İXM-nin 535.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qərar qəbul edildikdən sonra həmin gün saat 12:40 radələrində “AGRO-TERMİNAL LOKBATAN” adlı pullu yolda tərəzidən keçmiş və avtomobilin çəkisi 39600 ton olmuşdur. Bu barədə sənədi məhkəməyə təqdim edir. “X15 Zavodu”nun və “AGRO-TERMİNAL LOKBATAN” adlı tərəzilər daha düzgün çəkir. Ona görə də, 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli qərar qanunsuz və əsasssız olduğundan həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" MMC-nin hüquqşünası X7 izahatında X2 izahatına oxşar izahat verərək M.Ə.Məmmədovun idarə etdiyi “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “**-YD-***” dövlət qeydiyyat nişanlı yarımqoşqusundakı yük boşaltma və yük doldurma yerlərindəki plombların nömrələrinin videoçəkilişini mobil telefonda nümayiş etdirərək nəqliyyat vasitəsinin elektron tərəzilərdə ölçüldüyü vaxtlarda yarımqoşqudakı plombların yerində olduğunu bildirdi. Həmin videoçəkilişə baxarkən qeyd olunan nəqliyyat vasitəsinin “**-YD-***” dövlət qeydiyyat nişanlı yarımqoşqusunun yük boşaldan və yük dolduran yerindəki plombların nömrələrinin eyni olduğu müəyyən edildi. Videoçəkilişə baxarkən plomblara hər hansı müdaxilənin olub-olmadığını müəyyən etmək mümkün deyildir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 05 iyun 2025-ci il tarixli EQ 28373684 nömrəli qərardan aydın olur ki, X4 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də idarə etdiyi “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 28373684 nömrəli protokola əlavə edilmiş fotogörüntülərdən müşahidə edilir ki, 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42830 kq olmuşdur. İş materiallarında olan X2 şikayətə əlavə etdiyi “X15” MMC-nin 05 iyun 2025-ci il tarixli X9 göstərilmişdir ki, “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 iyun 2025-ci il tarixdə saat 23:24-də “X15 Zavodu” MMC-yə daxil olmuş, həmin gün saat 23:47-də oradan çıxmışdır. “**-JF-***” dövlət qeydiyyat nişanlı avtomobilin boş çəkisi 12,46 ton, dolu çəkisi isə 39,7 ton olmuşdur. İş materiallarında olan şikayətə əlavə edilmiş “Agro-Terminal Lokbatan” tərəzi xidmətinin verdiyi sənədin surətində 05 iyun 2025-ci il tarixdə saat 12:40-da “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 39600 kq olduğu qeyd edilmiş, lakin həmin sənədin surətindəki digər məlumatları oxumaq mümkün olmamışdır. İş materiallarında olan şikayətə əlavə edilmiş “X10” MMC-nin 31 may 2025-ci il tarixli OMS K 00579 nömrəli giriş kalibrləmə seritifikatında “X15 Zavodu” MMC-nin “Mettler Toledo” tipli 0004788-6AK seriya nömrəli və 31 may 2025-ci il tarixli OMS K 00580 nömrəli çıxış kalibrləmə sertifikatında “X15 Zavodu” MMC-nin “Mettler Toledo” tipli 0004789-6AK seriya nömrəli elektron tərəziləri yoxlanılmışdır. Hər iki tərəzinin növbəti yoxlama tarixinin xx.xx.2026-cı il olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X13 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 160512 nömrəli şəhadətnamədə göstərilmişdir ki, 9835A tipli hərəkət halında ölçmə nəzarət sistemi 02 sentyabr 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixinin 02 sentyabr 2025-ci il olduğu qeyd edilmişdir. Məhkəmə X2 şikayətə əlavə etdiyi “X15” MMC-nin 05 iyun 2025-ci il tarixli X11nə və “Agro-Terminal Lokbatan” tərəzi xidmətinin verdiyi sənədin surətinə münasibətdə hesab edir ki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş “X15” MMC-nin avtomobil tərəzisinin müvafiq sertifikatlara (şəhadətnamələrə) malik olması, həmçinin X2 şikayət ərizəsində qeyd etdiyi kimi yükün plomblarının üzərində olması sübuta yetirildiyi halda belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, “Agro-Terminal Lokbatan” tərəzi xidmətinin isə hər hansı sertifikatının olub-olmadığı isə öz təsdiqini tapmamış, təsdiqini tapsa belə, qeyd olunan tərəzinin göstəriciləri düzgün əsaslı hesab edilə bilməz. İnzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları istisna olunmur. “X15 Zavodu” MMC-nin və “X14” tərəzi xidmətinin tərəzilərinə nisbətən, M-2 47,9 km, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir, həmin “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sertifikatı daha etibarlıdır. 05 iyun 2025-ci il tarixli EQ 28373684 nömrəli elektron qərara əlavə edilən foto şəkillərdən də göründüyü kimi 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də X2 idarə etdiyi “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi həmin Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Lakin “X15 Zavodu” MMC-nin və “Agro-Terminal Lokbatan” tərəzi xidmətinin sənədlərində “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklə real olaraq ölçülməsi sübut olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də idarə etdiyi “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X3 05 iyun 2025-ci il tarixdə saat 11:54:08-də “MAN TGS 19.400 YÜK” markalı “**-JF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28373684 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1385/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1385/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver