Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1387/2025 17.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, EQ 28244372 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, EQ 28244372 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN Baş Dövlət Yol Polis İdarəsinin 29 may 2025-ci il tarixli EQ 28244372 saylı inzibati xəta haqqında qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, idarə etdiyi 30BX386 qeydiyyat nişanlı Man TGX18.480 Yük nəqliyyat vasitəsi X5 etibarnaməsi ilə o, sürür. xx.xx.2025-ci il tarixdə saat 22:06-da Bakı şəhəri, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkət edən zaman heç bir yoxlanış aparmamış cərimə protokolu yazılmışdır. O isə öz növbəsində ona etiraz edərək onun inzibati pozuntunu etdiyini tam sübut etmədən. Bu barədə 102 və 902 qaynar xəttə zəng etmişdi və əsassız tərtib edilmiş protokolun ləğvini istəmişdir. Şikayətilə bağlı xx.xx.2025-ci il tarixdə cavab olaraq EQ 28244372 saylı inzibati protokolu tərtib olunduğu və aparılmış araşdırmadan sonra sizə əlavə məlumat veriləcək. Halbuki bununla bağlı qərar qəbul edilməli idi. Qərarla bağlı dəfələrlə tələb etməyinə baxmayaraq ona bu günə qədər təqdim olunmur. Bütün xidmətlər üzrə elektron internet sistemindən əldə etməyə çalışsa da yenə də inzibati xəta haqqında qərar rəsmi olaraq sənəd şəklində ona təqdim edilməmişdir. Yalnız my.gov.az və e-polis.az saytına daxil olmaqla ərizəyə əlavə etdiyi sənədləri əldə edə bilmişdir. Həmin sənədlərdə protokol üzrə qərarlı statusu müəyyən edilir. xx.xx.2025-ci il tarixli EQ 28244372 saylı inzibati protokol tərtib edilərək ona göndərilməmişdir. Bu inzibati pozuntunu törətdiyini nəzərə alaraq, xahiş edir ki, onun haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244372 saylı inzibati qərara yenidən obyektiv şəraitdə baxılsın və onun yükü götürdüyü ünvanda olan tərəzi, tərəzinin yoxlama haqqında şəhadətnaməsinin surəti, Türkaz Çınqıl MMC-dən verilmiş yükün çəkisi barədə çıxarışlar nəzərə alınmaqla araşdırılmasına şərait yaradılsın. O, artıq üçüncü dəfədir ki, eyni yerdən götürdüyü yükə görə cərimə olunur. Şikayət etməyinə baxmayaraq heç kim və heç bir dövlət orqanı araşdırma aparmır və ona rəsmi olaraq protokol və qərar təqdim edilmir. Onun karyerdən götürdüyü yükün çəkisi ilə cərimə olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi M-2 47.9 km-də yerləşən tərəzi hər dəfə onun Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətasını təkrar törətməyi barədə əsassız protokol və qərar qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi tərtib edilmiş əsassız qərar onun 42660 kq yük apardığına görə inzibati xəta törətdiyi müəyyən edilir. X9 MMC tərəfindən verilmiş qəbzdə onun istifadə etdiyi maşına 40050 kq yük vurulduğu müəyyən edilir. Hesab edir ki, o hər gün bu maşınla həmin tərəzidən keçərək yük götürməklə elektron tərəzidən eyni qaydada keçir. Hər dəfə eyni tərəzidən yük barədə qəbz alır. Bilərəkdən onun maşınını arada bu elektron tərəzi ilə artıq yük apardığını göstərməklə əsassız cərimə edirlər. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, EQ 28244372 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, EQ 28244372 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1387/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1387/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver