Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1389/2025 29.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khani Mortozanın, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X2, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə material və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Az Ceram MRP Group MMCnin direktoru X1 Gömrük Komitəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, İran İslam Respublikasından 465889 nömrəli CMR sənədi əsasında "xxxx" MMC-nin ünvanına 95AD957/95AD958 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan malların əsas hissəsi **********0988 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Bakı Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilərək "xxxx" MMC-nin sərəncamına verilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən nəqliyyat vasitəsi ilə idxal olunan yüklərin digər hissəsi isə gətirilməsinə qadağa qoyulmuş mallara aid olduğu səbəbindən "xxxx" MMC tərəfindən **********0002 nömrəli təxrar ixrac bildirişi rəsmiləşdirilərək İran İslam Respublikasına geri qaytarılması üçün Cəmiyyətimizə məxsus 77JR742/99YH742 dövlət nömrə nişanlı avtomaşına yüklənərək təyinatı üzrə yola salınmışdır. X10 İdarəsinin terminalına çatdıqda məlum olmuşdur ki, İran İslam Respublikasında qeydiyyatda olan X5 şirkətinin fəaliyyətini dayandırması səbəbindən mallar həmin ölkəyə idxal oluna bilməz. Eyni zamanda "xxxx" MMC tərəfindən **********0988 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar arasında olmuş və sonradan təkrar ixrac bildirişi ilə geriyə ixrac olunan "plastik qablaşdırma və şəffaf stəkanlar" adlı mallar birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur və onların ölkəyə idxalı qadağan edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından **********0988 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan, 01 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə ümumi çəkisi 1660 kq olan "plastik qablaşdırma və şəffaf stəkan qapaqlar və qablar" yükündən nümunə götürülərək "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aid olması zərurəti yarandığından nümunələr X3 İdarəsinə təqdim olunmuşdur. Həmin İdarədən daxil olan XM**********34 nömrəli ekspert rəyinə əsasən **********0988 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan, 01 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə Ümumi çəkisi 1660 kq olan "plastik qablaşdırma və şəffaf stəkan qapaqlar və qablar yükünün XİF MN kodu ********** kimi təsnif olunur və Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli "Ətraf mühitin mühafizəsi haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır Eləcə də malları göndərən X5 şirkəti Bakı Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək 170 yer, brutto çəkisi 1660 kq, netto kq 1600 kq, olan 272000 ədəd, invoys dəyəri 1280 ABŞ dolları olan İran İslam Respublikasına "xxxx" MMC tərəfindən geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 170 yer, brutto çəkisi 1660 kq, netto kq 1600 kq, olan 272000 ədəd "plastik qablaşdırma və şəffaf stəkan yükünün geri qaytarılması ilə bağlı **********0002 sorğu nömrəli təkrar ixrac bildirişi verilmişdir. Dövlət Gömrük Komitəsinin VAİS sistemindən əldə edilmiş arayışa əsasən "xxxx" MMC barəsində Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(002)-3222/2024 saylı Qərarı ilə AR İXM-nin 275.4-cü maddəsilə inzibati xəta törədilmiş və müvafiq inzibati tənbeh verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X6 inzibati protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati qaydada cərimə edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khani Mortoza hüquqi şəxs barəsində tərtib edilmiş inzibati protokolu qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasinin 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi" haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olan "plastik qablaşdırma və şəffaf stəkan qapaqlar və qablar idxal etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı inzibati tənbeh almasına baxmyaraq, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsinə əsasən bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli "Ətraf mühitin mühafizəsi haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R AA L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar ("xxxx" MMC tərəfindən **********0988 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan, 01 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə ümumi çəkisi 1660 kq olan "plastik qablaşdırma və şəffaf stəkan qapaqlar və qablar") müsadirə edilməklə 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1389/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1389/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver