Məhkəmə qərarları › İş №3(002)-1394/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1394/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1394/2024 01.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X4, Şikayət verən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN1932021 nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixdə qeyd edilən protokol əsasında MN1612615 nömrəli qərar tərtib edilmişdir. Qərarda onun İXM-nin 202-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Qərar ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır (A449088 nömrəli poçt qaiməsi ilə). Hər iki sənəd qanunsuz və əsassız tərtib olunub, işin faktiki hallarını düzgün əks etdirmir. Hesab edir ki, xx.xx.2024-cu ıl tarixli, MN1932021 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli qərar məhkəmə tərəfindən aşağıdakı səbəblərə görə ləğv edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 38 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnamə təsdiq edilib. Həmin əsasnamədə qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Əmək Müfəttişliyi tərəfindən Birliyin Təmir-tikinti İdarəsində qeyd olunan iş üzrə yoxlama aparılmayıb. X12 əmək müqaviləsinin şərtlərinə əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi iddiası ilə Müfəttişliyə müraciət etmişdir.Müraciət əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi ilə bağlı olmuşdur. Vətəndaşın şikayətinin başqa halla bağlı olduğu halda belə inzibati orqan müraciəti kollektiv müqavilənin tələbinin pozulması kimi qəbul edərək, öz səlahiyyətlərini aşmaqla qanunsuz qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli qərarda qeyd edimişdir ki, barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs kollektiv müqavilənin tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 202-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətmişdir. Lakin Qərarda kollektiv müqavilənin tərkib hissəsi olan əmr-qərarlarda (əmək müfətişliyinə yazılı və şifahi şəkildə təqdim edilib) göstərilən istisnalar (işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur) nəzərə alınmamış və bu hal ümumiyyətlə araşdırılmamışdır. X1 əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən xitam verilmişdir. Həmin maddənin tələbinin pozulmasına dair iş üzrə hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məzəlləsinin 75ci maddəsinin tələbinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin hallardan biri də bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz X5 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış Sahə (tarif) Kollektiv Sazişin 8.7-ci maddəsində və X8 və Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər uçun bağlanmış Kollektiv Müqavilənin 8.7-ci maddəsinə əsasən işçi Azərbaycan Respublikasının Qanunvericiliyi İlə müəyyən edilmiş pensiya yaşına çatdıqda onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. SOCAR-ın və Azərbaycan Neft Qaz X5 ittifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmrqərarına əsasən işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Qeyd olunan Əmr- Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı” dedikdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun "Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilən sənədlərdən və bu məktuba əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir şəhər qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli, **********2 saylı arayışından müəyyən edilir ki , Mətləb Əliyev yaşa görə görə pensiya alır. Qeyd olunan arayış nəzərə alınmaqla M.Əliyev xx.xx.2021-ci il tarixdə Birliyin Təmir-Tikinti İdarəsinə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında əsasnamədə Xidmətin yalnız əmək qanunvericlivinə əməl olunmasına nəzarət etdivi göstərilmişdir. Əsasnamədə işə götürənin öz təşəbbüsü ilə əmək qanunvericiliyinə zidd olmayan kollektiv müqavilədəki tələblərə müdaxilə, etməsi öz əksini tapmamışdır. X11 Xidmətinin Əsasnaməsində kollektiv müqaviləyə müdaxilə edilməsi, baxılması, araşdırılması onunla bağlı hər hansı cərimə tətbiq edilmə səlahiyyəti göstərilməmişdir. Həmçinin əmək qanunvericilivinin icrasına nəzarət dedikdə əmək münasibətlərində olma anlayışı basa düşülür. Yəni X11 Xidməti xx.xx.2023-cü il tarixdə işdən çıxarılmış işçi ilə bağlı xx.xx.2024-cü il tarixdə işəgötürənə cərimə tətbiq etməşj həm əsasnamə üzrə ona verilmiş səlahiyyətləri aşması, həm də inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə nəticələnib. Ona görə də tətbiq edilən qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X11 Xidmətinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN1932021 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-ci il tarixli, MN1612615 nömrəli qərara baxdıqda qorunur ki, ən gec olan qərar xx.xx.2024-cü ildə tərtib edilib. Lakin Birliyin Təmir-tikinti idarəsinə (vəzifəli şəxsin iş yeri) isə xx.xx.2024-cü il tarixdə çatdırılıb (A449088 nömrəli poçt qaiməsi ilə). Bu da onu deməvə əsas verir ki, X11 Xidməti inzibati məsuliyyətə cəlb etmə müddətini keçirməklə qərar qəbul edilmiş və sənədləşmə işini düzgün görməmiş qərəzli bir qərar çıxarmışdır. xx.xx.2024-cü ildə çıxarılan qərar necə olur ki, xx.xx.2024-cü ildə barəsində qərar çıxarılan iş yerinin vəzifəli şəxsinə göndərilir. Bildiririk ki, Əmək Məcəlləsində olmayan yalnız işəgötürənin təşəbbüsü ilə tətbiq edilən 5 misli əməkhaqqının verilməsi təşəbbüsü “Azəriqaz” İstehsalat Birliyi və Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023cü illər üçün bağlanılmış Kollektiv müqavilənin 5.16-cı bəndi ilə müəyyən olunur. Adından da göründüyü kimi kollektiv müqavilə bağlanılıb X6 ilə Həmkarlar İttifaqı Komitəsi arasında. Lakin X11 Xidməti Təmir-tikinti İdarəsinin rəisini kollektiv müqavilənin 5.16-cı bəndi ilə bağlı cərimələvib. Göründüyü kimi qeyd olunan razılaşma ödəniş X6 tərəfindən həvata keçirilir. Beləliklə X11 Xidməti tərəfindən araşdırılma aparılmadan, sənədlərə baxılmadan səthi və qərəzli şəkildə qərar çıxardığı bir daha öz əksini tapır. Ona görə də tərtib edilən qərar ləğv edilməlidir. X12 Təmir-tikinti İdarəsinin (Qaradağ rav, Salvan sossesi 63) xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X11 Xidməti isə M.Əlivevin əmək müqaviləsinə xitam verilərkən kollektiv müqavilənin şərtinə əməl olunmadığı üçün Xidmətin xx.xx.2024-ci il tarixli, MN1612615 nömrəli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 202-ci maddəsinə əsasən çərimələnmisdir. Göründüyü kimi inzibati xəta baş verdiyi anla qərar çıxarıldığı an arasında 5 ay keçmiş, ona qərarı isə xx.xx.2024-cü ildə çatdırılmışdır (7 ay sonra). İnizbati məsuliyyətə cəlb etmə müddəti buraxılmaqla qərar qəbul edildiyi üçün X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli Qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin maddənin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Tərəflərin hüquq bərabərliyi prinsipi əmək münasibətlərində işçi və işəgötürənin bərabər hüquq və vəzifələrə malik olmasını ifadə edir. Lakin inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli inzibati orqan icraat zamanı tərəflərin bərabərliyi prinsipini pozmuşdur (işçinin güzəştli şərtlərlə pensiyaya çıxmasını, pensiya almasına baxmayaraq idarədə çalışdığı üçün 5 misli əməkhaqqının verilməməsi ilə bağlı Həmkarlar İttifaqının əmr-qərarlarının müddəalarını araşdırmamışdır). Beləliklə də tərəflərdən işəgötürənin mənafeyi haqq-ədalətə və qanunun aliliyi təmin edilməsi prinsipinə əməl edilmədən birtərəfli qaydada yanaşma nəticəsində pozulmuşdur.Halbuki, qanunun göstəriciləri həm işəgötürən, həm də işçi üçün məcburidir. Yuxarıda qeyd edilənlər və işin faktiki hallan sübut edir ki, inzibati xəta hadisəsi olmadıqda ümumiyyətlə mövcud olmamış, hətta olması halı ehtimal olunsa belə əməldə inzibati xəta tərkibi olmamışdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir. Həm protokola, həm də qərara nəzər yetirdikdə qərarın hansı əsaslara görə tərtib edildiyini müəyyən etməyin mümkün olmadığı görünür. Belə ki, həm protokolun, həm də qərarın müəyyən edildi hissəsində “kollektiv müqavilənin tələbi pozulmuşdur" cümləsi ümumi olaraq qeyd edilmişdir. Lakin orada kollektiv müqavilənin 5.16-cı bəndinə əlavə edilmiş əmr qərarların məzmunu və bu bəndi tənzimləməsi onun iş prinsipini göstərməsi sadalanmadan, bir başa bəndə istinad edilməklə səhv nəticəyə gəlinmişdir. Qərarda əmək qanunvericiliyinin konkret hansı tələblərinin pozulduğu qeyd edilməmişdir. Bu da özlüyündə protokol və qərarın əsassız olduğunu ehtiva etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyini göstəriri. İş materiallarından göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi, şəxsin inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM- lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-İə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nİn 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 134.1.3cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli Qərarda onun vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 202-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi barədə nəticəyə gəlsə də, inzibati xəta haqqında iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədiiib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Tərtib edilmiş inzibati xəta haqqında protokolun özü də İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin protokolda inzibati xətanın törədildiyi yer və vaxt qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1 ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxanda qeyd olunan əsaslara görə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli X18 haqqında Qərar ləğv edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 202-ci maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci bəndinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.Qanunvericiliyə əsasən rüsumdan azad edilmişdir. Qeyd olunanlara inzibati cərimənin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN1612615 nömrəli Qərarı ləğv edərək AR İXM-nin 202-ci maddəsinə əsasən barəsində başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X9 şikayətin dəlillərinə uyğun şəkildə izahat verdi və əlavə olaraq göstərdi ki, inzibati orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə qərar qəbul olunmuşdur. Sonda o, şikayət ərizəsində qeyd olunan bütün halların nəzərə alınmasını və DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarının əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X10 çıxışında qərarı müdafiə edərək şikayətin rədd edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında X2 şikayət ərizəsində qeyd etdiyi halların işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarla X9 İXM-nin 202-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə 18 oktyabr 2023-cü il tarixli əmrin surətindən görünür ki, “Socar” “Azəriqaz” İB Təmir-tikinti idarəsi/Tərtər RQİİ üzrə Təmir-tikinti sahəsi bölməsində qazla kəsən vəzifəsində işləyən X13 yaşa görə əmə pensiyasına çıxması ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. “Azəriqaz” İstehsalat Birliyi ilə “Azəriqaz” X3 İttifaqı Komitəsi arasında 2020-2023-cü illlər üçün bağlanmış kollektiv müqavilənin 5.16-cı bəndinə əsasən pensiya yaşına çatdıqda, AR ƏM-nin 70-ci maddəsinin a və b bəndində əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığının təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 202-ci maddəsinə əsasən kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X9 cəmiyyətin işçisinin yaşa görə əmək pensiyasına çıxması ilə bağlı əmək müqaviləsinin xitam verilərkən “Azəriqaz” İstehsalat Birliyi ilə “Azəriqaz” X3 İttifaqı Komitəsi arasında 2020-2023-cü illlər üçün bağlanmış kollektiv müqavilənin 5.16-cı bəndinin tələblərini pozmaqla İXM-nin 202-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və sonununcunun həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 202-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə şikayətçinin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXMnin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar