Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1395/2025 11.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi ilə, Şikayət vermiş şəxs X4 nümayəndəsi “Ekol” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, X4 DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 05 iyun 2025-ci il tarixli, EQ 28366608 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28366608 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. “SMS Radar” mobil tətbiqindəki hesabına şirkətin mülkiyyətində və onun istifadəsində olan “DAF FTXF 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən aydın olur ki, 05 iyun 2025-ci il tarixdə saat 02:29 radələrində “DAF FTXF 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında istifadə edilməsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında EQ 28366608 saylı qərar qəbul edilmişdir. “SMSRadar” mobil tətbiqindən daxil olanm fotoşəkildən görünür ki, həmin nəqliyyat vasitəsinin yüklə birlikdə maksimum kütləsi 40 (qırx) ton olmalı olduğu halda, 42600 (qırx iki ton altı yüz) kq olmuşdur. Həmin şikayət ərizəsində həm də göstərilmişdir ki, aşağıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası BDYPİ-nin 05 iyun 2025-ci il tarixli EQ 28366608 saylı qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır: Belə ki, yük çatrıdılma zamanı, yəni 05 iyun 2025-ci il tarixdə, təyinat nöqtəsi olan “Sumqayıt şəhər X11”nda yükün alıcısı "xxxx" QSC tərəfindən “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüklə birlikdə tərəzidə çəkilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş 13472 nömrəli tərəzi qəbzinə əsasən, nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 3908 kq olmuşdur. Göründüyü kimi "xxxx" QSC-yə məxsus tərəzinin çəkdiyi çəki ilə “SMSRadar” mobil tətbiqindən daxil olan bildirişdə qeyd olunan çəki arasında kifayət qədər fərq (3520 kq) var. "xxxx" QSC-nin tərəzi qəbzindəki məlumatlar əsas götürüldüyü halda “DAF FTX 105 YÜK” markalı “**-BX- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə icazə verilən çəki limiti (40000 kq) aşılmamışdır. "xxxx" QSC Azərbaycan Metrologiya İnstitutu X10 tərəfindən rəsmi qeydiyyata alınmış və tərəzi sertifikatına malik olan, siyahısı müvafiq orqan tərəfindən təsdiq edilən müəssisələr siyahısındadır (müvafiq təsdiedici məktub ərizəyə əlavə olunur). "xxxx" QSC-yə məxsus həmin tərəzi qeydiyyata alınmazdan öncə Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılmış və düzgün çəkməsi təsdiq edildikdən sonra sertifikatlaşdırılmışdır. Ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sahibkarlarla keçirdiyi görüşlərdə bildirdiyi kimi, həmin tərəzilərin müəyyən faiz yanılma payı vardır. Onların təklifinə əsasən qanunvericilikdə bu istiqamətdə müvafiq dəyişiklik də edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasnın 28 iyun 2024-cü il tarixli 1191- VİQD nömrəli Qanununa əsasən “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin hazırki redaksiyası belədir: 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə, fiziki şəxslər altı yüz mana məbləğində cərimə edilir. Hazırda qanunvericiliyin bu tələbi nəzərə alınmaqla iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki limiti 40000 kq olmasına baxmayaraq, onlara 42000 kq-ya qədər cərimə tətbiq edilir. Ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilərin yanılma payı nəqliyyat vasitəsinin sürəti, yolun vəziyyəti, hava şəraiti, oxun yerlıə təmas gücü və s. nəzərə alınmaqla dəyişir. Bu amillər nəticəsində 5 %-lik yanılma payı aşıla bilər. Bildirişə əlavə edilən fotoşəkildən də göründüyü kimi idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**- BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AYNA-ya məxsus olan Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan tərəzi tərəfindən çəkilmiş və bu tərəzi məlumatları əsasında cərimə olunmuşdur. O, 04 iyun 2025-ci il tarixdə, Tovuz rayonunda müştərinin yükünü qəbul edərək Bakı şəhərinə yola düşmüşdür (rəsmi GPS məlumatı şikayət ərizəsinə əlavə olunur). Həmin marşrut üzrə o, 04 iyun 2025-ci il tarixdə Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsində AYNA-ya məxsus tərəzi quraşdırılmışdır və o, oradan keçdiyi tarixdə həmin tərəzi işlək olmuşdur. Lakin bu tərəzi idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maksimum çəki limitini keçməsini qeydiyyata almamışdır. Halbuki o, eyni yük və nəqliyyat vasitəsi ilə bir neçə saatdan sonra Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçərkən orada quraşdırılan AYNA-ya məxsus tərəzidə çəkilərək maksimum çəki limitini keçdiyi məlum olmuşdur. AYNA-ya məxsus bu tərəzilərin verdiyi çəki məlumatları arasında ziddiyyətin olması tərəzidəki yanılma payının çoxluğundan qaynaqlanır. Bu məsələnin aydınlaşdırılması məqsədilə onun vəkili tərəfindən “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 11 iyun 2025-ci il tarixdə Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsindən keçərkən AYNA-ya məxsus tərəzi tərəfindən çəkilmiş çəki məlumatlarının və bu nəqliyyat vasitəsini çəkən hər iki tərəzinin sertifikatının olubolmaması barədə məlumatın əldə edilməsi ilə bağlı AYNA-ya vəkil sorğusu ünvanlanmışdır. Həmin sorğunun cavabı əldə edildikdən sonra məhkəməyə təqdim ediləcəkdir. “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yollarında hərəkətdə olarkən ümumi çəki ilə yuxarı həddi keçməmişdir. X4 şikayət ərizəsində həm də qeyd edilmişdir ki, İXM-nin 126.1-ci maddəsin əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsindəı nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X6 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq A.T.Şükürov və həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişlər. “Ekol” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 etibarnaməni və elektron vəkil orderini təqdim edərək A.T.Şükürovun nümayəndəsi olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi X4 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 nümayəndəsi, “Ekol” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 bildirmişdir ki, X6 "xxxx" MMC-də “DAF FTXF 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü kimi işləyir. Həmin nəqliyyat vasitəsi şirkətin mülkiyyətindədir. Akif Şükürov 04 iyun 2025-ci il tarixdə, Tovuz rayonunda müştərinin yükünü qəbul edərək Bakı şəhərinə yola düşmüşdür. Həmin marşrut üzrə A.T.Şükürov 04 iyun 2025-ci il tarixdə Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus tərəzi quraşdırılmış və oradan avtomobillə keçdiyi tarixdə həmin tərəzi işlək vəziyyətdə olmuşdur. Lakin Ucar rayonunda olan AYNA-ya məxsus bu tərəzi Akif Şükürovun idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maksimum çəki limitini keçməsini qeydiyyata almamışdır. X12 həmin vaxt İXM-nin 353.2-ci maddəsi ilə inzibati xətaya yol verməmişdir. Lakin eyni yük və nəqliyyat vasitəsi ilə bir neçə saatdan sonra, yəni 05 iyun 2025-ci il tarixdə saat 02:29 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən, həmin yolun üzərində quraşdırılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron tərəzidən keçdikdən sonra “SMS Radar” mobil tətbiqindəki hesabına A.T.Şükürovun həmin nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsi barədə bildiriş gəlmişdir. Bundan sonra, 05 iyun 2025-ci il tarixdə saat 08:07-də “Sumqayıt şəhər X11”nda yükün alıcısı "xxxx" QSC tərəfindən “DAF FTX 105 YÜK” markalı “**-BX- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüklə birlikdə tərəzidə çəkilərək həmin nəqliyyat vasitəsinin ümumi çəkisinin 39080 kq olduğu müəyyən edilmişdir. Bu barədə "xxxx" QSC-nin 05 iyun 2025-ci il tarixli 13472 nömrəli qəbzi vardır. "xxxx" QSC-nin tərəzisinin göstərcisi ilə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqamətində yolun 47,9 km-liyində quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron tərəzinin göstəriciləri arasında kifayət qədər fərqlər vardır. "xxxx" QSC-yə məxsus avtomobil tərəzisi Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılaraq sertifikatlaşdırılmışdır. A.T.Şükürovun idarə etdiyi nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yollarında hərəkətdə olarkən ümumi çəki ilə yuxarı həddi keçməmişdir. X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 05 iyun 2025-ci il tarixli, EQ 28366608 nömrəli qərarla razı deyildir, həmin qərarın ləğv edilməsini istəyir. X2 verilən suallara cavab olaraq bildirmişdir ki, X4 idarə etdiyi “DAF FTXF 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 iyun 2025-ci il tarixdə təxminən saat 11 radələrində hərəkətə başlamadan öncə elektron tərəzidən keçsə də həmin tərəzinin sertifikatının olub-olmaması, olduğu halda hansı qurum tərəfindən yoxlanılmasının aparıldığını bilmir. “DAF FTXF 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin elektron tərəzidə ölçüldüyü vaxt mövcud olan çəkisi, həmin nəqliyyat vasitəsi “Sumqayıt şəhər X11”nda yükün alıcısı "xxxx" QSC-nin elektron tərəzisində ölçüldüyü vaxt mövcud olan çəki ilə eyni olmuşdur. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 05 iyun 2025-ci il tarixli EQ 28366608 nömrəli qərardan görünür ki, X6 05 iyun 2025-ci il tarixdə saat 02:29-da idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 28366608 nömrəli protokola əlavə edilmiş fotogörüntülərdən müşahidə edilir ki, 05 iyun 2025-ci il tarixdə saat 02:29-da idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42600 kiloqram olmuşdur. İş materiallarında olan X4 şikayətə əlavə etdiyi "xxxx" QSC-nin 05 iyun 2025-ci il tarixli 13472 nömrəli tərəzi çekində göstərilmişdir ki, 05 iyun 2025-ci il tarixdə saat 08:07:11-də sürücüsü Akif Şükürov olan “**-BX-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 39080 kq olmuşdur. İş materiallarında olan şikayətə əlavə edilmiş “Azərbaycan Metrologiya İnstitutu” X8 11 mart 2025-ci il tarixli 3-54-2/2-75/2025 nömrəli məktubunda və məktuba əlavə edilmiş cədvəldə, “Azərbaycan Metrologiya İnstitutu” X10 tərəfindən yoxlanılmış avtomobil tərəzilərini istismar edən təsərrüfat subyektlərinin siyahısında "xxxx" QSC-nin olduğu qeyd edilmişdir. İş materiallarında olan şikayətə əlavə edilmiş X4 idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin 04 iyun 2025-ci il tarixdə saat 11:42 ilə 05 iyun 2025-ci il tarixdə saat 08:10 tarixləri arasında olan GPS məlumatlarında göstərilmişdir ki, həmin nəqliyyat vasitəsi Şəmkir və Göygöl rayonları arasındakı ərazidən Sumqayıt şəhərinədək olan əraziyədək hərəkət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X7 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 160512 nömrəli şəhadətnamədə göstərilmişdir ki, 05 iyun 2025-ci il tarixdə saat 02:29-da X4 “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilinin çəkisinin 42600 kiloqram olduğunu qeydə alan 9835A tipli hərəkət halında ölçmə nəzarət sistemi 02 sentyabr 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixinin 02 sentyabr 2025-ci il olduğu qeyd edilmişdir. Məhkəmə X4 şikayətə əlavə etdiyi "xxxx" QSC-nin 05 iyun 2025-ci il tarixli 13472 nömrəli tərəzi çekinə və GPS məlumatlarına münasibətdə hesab edir ki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş "xxxx" QSC-nin avtomobil tərəzisinin müvafiq sertifikata (şəhadətnaməyə) malik olması sübuta yetirildiyi halda belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, 04 iyun 2025-ci il tarixdə təxminən saat 11 radələrində X4 idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətə başlamadan öncə çəkisinin hər hansı elektron tərəzidə ölçülübölçülmədiyi, ölçüldüyü halda avtomobilin çəkisinin nə qədər olduğu, həmin elektron tərəzinin markası və modeli, sertifikatının olub-olmaması, olduğu halda elektron tərəzinin hansı qurum tərəfindən yoxlanılmasının aparıldığı məlum deyildir. İnzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları istisna olunmur. "xxxx" QSC-nin elektron tərəzisinə, həmçinin digər elektron tərəzilərə nisbətən, M-2 47,9 km, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir, həmin “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sertifikatı daha etibarlıdır, qeyd olunan elektron tərəzi hərəkətdə olan nəqliyyat vasitələrinin çəkilərinin ölçülməsi sahəsində ixtisaslaşmışdır. 05 iyun 2025-ci il tarixli EQ 28366608 nömrəli elektron qərara əlavə edilən foto şəkillərdən də göründüyü kimi 05 iyun 2025-ci il tarixdə saat 02:29:09-da X4 idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi həmin Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Lakin "xxxx" QSC-nin 13472 nömrəli tərəzi çekində “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklə real olaraq ölçülməsi sübut olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 05 iyun 2025-ci il tarixdə saat 02:29:09-da idarə etdiyi “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, X6 şikayət ərizəsində idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının “**-BX-***” olduğunu göstərmişdir. Lakin 05 iyun 2025-ci il tarixli EQ 28366608 nömrəli qərarda A.T.Şükürovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının “**-BX-***” olduğu qeyd edilmişdir. Buna görə də, inzibati xəta haqqında işin materiallarında olan A.T.Şükürovun şikayət ərizəsində və digər sənədlərdə onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının “**-BX-***” olması hesab edilməlidir. Beləliklə, məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X6 05 iyun 2025-ci il tarixdə saat 02:29:09-da “DAF FTX 105 YÜK” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28366608 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 DİN-in BDYPİ-nin 05 iyun 2025-ci il tarixli, EQ 28366608 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1395/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1395/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver