Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1396/2024 13.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Tələbkar Abdulrəşidova (Səfərova) Lalə Vahid qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-448/2020 saylı, 19 iyun 2020ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)- 448/2020 saylı, 19 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən, 20 sentyabr 2003-cü il təvəllüdlü X3, 23 mart 2005-ci il təvəllüdlü X7 və 22 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14 yanvar 2020-ci il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 21 sentyabr 2020-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcunu sonuncu dəfə 2022-ci ilin iyul ayında ödəmiş, bundan sonra ödəniş etməyi dayandırmışdır. Bu günə borclunun 3200 manat aliment borcu yaranmışdır. Bundan başqa borclu ilə mobil telefonla əlaqə saxlaya bilməmiş, buna görə də barəsində mülki axtarış işi açılmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 may 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Abdulrəşidova (Səfərova) Lalə Vahid qızı öz izahatında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Böyük oğlu hal-hazırda hərbi xidmətdə olmaqla iki qızı, 3 mart 2005-ci il təvəllüdlü X11 və 22 aprel 2011-ci il təvəllüdlü X10 onun himayəsindədir. Borclu sonuncu dəfə aliment ödənişini 2022-ci ilin iyul ayında etmişdir. Hal-hazırda borclunun 3200 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının gedişində borclu Şəxs ilə razılığa gəlmişlər. Belə ki, borclu günün sonunadək aliment borcundan 300 manat ödəyəcəyini, qalan borclarını isə hər ayın onu və iyirmisi aralığında 300 manat ödəniş etməklə ödəyəcəyini bildirmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Əvvəllər Bakı X1ynaqçı işlədiyinə görə hər ay əmək haqqından aliment borcu tutulmuşdur, lakin 2022-ci ildə əmək müqaviləsi müddəti başa çatdığından işdən çıxmışdır. Tələbkar onunla 2022-ci ilin iyul ayından ümumiyyətlə əlaqə saxlamamış, o da tələbkarın aliment borcunu artıq tələb etmədiyi qənaətinə gəlmişdir. O öz izahatında daha sonra təzəlikcə işə düzəldiyini, hal-hazırda hər hansı bir gəlirə və ya qazanca malik olmadığını, o cümlədən icra məmurunun çağırışlarından qəsdən yayınmadığını göstərmişdir. O hal-hazırda tələbkarla aralarında müvafiq razılığa gəldiklərini, belə ki, günün sonunadək aliment borcundan 300 manat ödəyəcəyini, qalan borcunu isə hər ayın onu iyirmisi aralığında 300 manat ödəniş etməklə ödəyəcəyini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclası gedişində tərəflər arasında aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə ralarında razılığıa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1396/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1396/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver