Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1396/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28508590 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 11 iyun 2025-ci il tarixli EQ 28508590 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Məlumat üçün bildirir ki, "SMSRadar" mobil tətbiqindəki hesabına şirkətin mülkiyyətində və onun istifadəsində olan "DAF YÜK" markalı **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 10:29 radələrində "DAF YÜK" markalı **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəmdə EQ28508590 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "SMSRadar" mobil tətbiqindən daxil olan fotoşəkildən görünür ki, həmin nəqliyyat vasitəsinin yüklə birlikdə maksimum kütləsi 40 (qırx) ton olmalı olduğu halda, 42940 (qırx iki ton doqquz yüz qırx) kq olmuşdur. Aşağıda qeyd edilənlərə asasən hesab edir ki, Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28508590 nömrəli qararı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, yük çatdırılan zaman, yəni xx.xx.2025-ci il tarixdə, təyinat nöqtəsi olan "Sumqayı şəhər X6"nda yükün alıcısı "xxxx" QSC tərəfindən "DAF YÜK" markalı **-JP-*** dövlat qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüklə birlikdə tərəzidə çəkilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş 13550 nömrəli tərəzi qəbzinə asasən nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39900 kq olmuşdur. Göründüyü kimi "xxxx" QSC-yə məxsus tərəzinin çəkdiyi çəki ilə "SMSRadar" mobil tətbiqindən daxil olan bildirişdə qeyd olunan çəki arasında kifayət qadar fərq (3040 kq) var. "xxxx" QSC-nin tərəzi qəbzindəki məlumatlar əsas götürüldüyü halda, "DAF YÜK" markalı **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə icazə verilən çəki limiti (40000 kq) aşılmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" QSC Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən rəsmi qeydiyyata alınmış va tǝrǝzi sertifikatına malik olan, siyahısı müvafiq orqan tarafindən təsdiq edilən müəssisələr siyahısındadır. (müvafiq təsdiqedici məktub ərizəyə əlavə olunur). "xxxx" QSC-yə məxsus həmin tərəzi qeydiyyata alınmazdan öncə Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılmış və düzgün çəkməsi təsdiq edildikdən sonra sertifikatlaşdırılmışdır. Məlumat üçün bildirir ki, ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sahibkarlarla keçirdiyi görüşlərdə bildirdiyi kimi, həmin tərəzilərin müəyyən faiz yanılma payı vardır. Onların təklifinə əsasən qanunvericilikdə bu istiqamətdə müvafiq dəyişiklik də edilmişdir. Belə ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VİQD nömrəli Qanununa asasən "aşmaqla" sözündən sonra "(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)" sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin hazırki redaksiyası belədir: 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Hazırda, qanunvericiliyin bu tələbi nəzərə alınmaqla iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki limiti 40000 kq olmasına baxmayaraq, onlara 42000 kq-ya qədər cərimə tətbiq edilmir. Ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilərin yanılma payı nəqliyyat vasitəsinin surəti, yolun vəziyyəti, hava şəraiti, oxun yerla tamas gücü və s. nəzərə alınmaqla dəyişir. Hesab edir ki, bu amillər nəticəsində 5 %-lik yanılma payı aşıla bilər. Bildirişə əlavə edilən fotoşəkildən də göründüyü kimi idarə etdiyi "DAF YÜK" markalı, **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi AYNA-ya məxsus olan Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan tǝrǝzi tərəfindən çəkilmiş və bu tərəzi məlumatları əsasında cərimə olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, xx.xx.2025-ci il tarixdə, Tovuz rayonunda müştərinin yükünü qəbul edərək Bakı şəhərinə yola düşmüşdür (rəsmi GPS məlumatı əlavə olunur). Həmin marşrut üzrə o, xx.xx.2025-ci il tarixdə Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsindən keçmişdir. Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsində AYNA-ya məxsus tərəzi quraşdırılmışdır və o ordan keçdiyi tarixdə həmin tərəzi işlək olmuşdur. Lakin bu tərəzi idarə etdiyi "DAF YÜK" markalı, **-JP- *** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin maksimum çəki limitini keçməsini qeydiyyata almamışdır. Halbuki o, eyni yük və nəqliyyat vasitəsilə bir neçə saatdan sonra Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçərkən orada quraşdırılan AYNA-ya məxsus tərəzidə çəkilərək maksimum çəki limitini keçdiyim məlum olmuşdur. AYNA-ya məxsus bu tərəzilərin verdiyi çəki məlumatları arasında ziddiyətin olması tərəzidəki yanılma payının çoxluğundan qaynaqlanır. Bu məsələnin aydınlaşdırılması məqsədilə vəkili tərəfindən "DAF YÜK" markalı, **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə Ucar rayonunun Bakı-Qazax yoluna düşən hissəsindən keçərkən AYNA-ya məxsus tərəzi tərəfindən çəkilmiş çəki məlumatlarının və bu nəqliyyat vasitəsini çəkən hər iki tərəzinin sertifikatının olub-olmaması barədə məlumatın əldə edilməsi ilə bağlı AYNA-ya vəkil sorğusu ünvanlanmışdır. Həmin sorğunun cavabı əldə edildikdən sonra məhkəməyə təqdim ediləcəkdir. Yuxarıda qeyd edilənlərə əsasən bir daha hesab edir ki ki, "DAF YÜK" markalı, **-JP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yollarında hərəkətdə olarkən ümumi çəki ilə bağlı yuxarı həddi keçməmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən barəmfə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ28508590 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (vəkili) Vəkil verilmiş şikayəti müdafiə edərək göstərmişdir ki, X2 idarə etdiyi DAF yük markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün icazə verilən maksimum kütlə parametri 40 ton olmaqla əlavə iki ton da limiti vardır. 11 iyun 2025-ci il tarixdə şikayətçinin idarə etdiyi DAF XF yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Tovuz rayonu ərazisində yerləşən zavoddan Sumqayıt şəhərində yerləşən "xxxx" QSC-yə mərmər tozu aparırmış. "xxxx" QSC-nin zavodunda avtomobili elektron tərəzi vasitəsilə çəkdirmiş, avtomobilin yüklə birlikdə ümumi kütləsi 39 ton 900 kq olmuşdur. Bununla bağlı zavoddan ona müvafiq qəbz də təqdim edilmişdir. Həmin tərəzi qəbzini iş materiallarına əlavə etmişdir. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsindən "xxxx" MMC-yə ünvanlanmış 3-54-2/2-75/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda Metrologiya İnstitutu tərəfindən yoxlanılmış avtomobil tərəzilərini istismar edən təsərrüfat subyektlərinin siyahsında "xxxx" QSC-nin adı da qeyd edilmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİNnin BDYPİ-nin 11 iyun 2025-cü il tarixli, EQ 28508590 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş X7 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 11 iyun 2025-ci il tarixli, EQ 28508590 nömrəli qərardan aydın olur ki, X3 11 iyun 2025-ci il tarixdə saat 10:29-də idarə etdiyi «DAF» yük markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi "xxxx" QSC-nin zavodundan verilmiş 11 iyun 2025-ci il tarixli, 13550 saylı tərəzi çekindən aydın olur ki, 11 iyun 2025-ci il tarixdə, saat 11:43-də nəqliyyat vasitəsinin dolu çəkisi mərmər tozundan ibarət olmaqla 39 ton 900 kq olmuşdur. Məhkəmə həmin tərəzi çekinə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki qeyd olunan avtomobilin yüklə dolu gələrkən əlavə yüklənməsi və eləcə də inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 11 iyun 2025-cü il tarixdə saat 10:29-də idarə etdiyi «DAF» yük markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 11 iyun 2025-cü il tarixli, EQ 28508590 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28508590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1396/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1396/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver