Məhkəmə qərarları › İş №3(002)-1397/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1397/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1397/2025 23.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi Tufan S 150 markalı, 99 F 945 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində hərəkətdə olarkən Qardaşlar adlanan şirniyyat evinin qarşısında yolu keçən piyada X2 vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin, inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iclasın inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, mobil tətbiq vasitəsilə restoranlardan yemək götürüb ünvanlara çatdırır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00-də idarə etdiyi Tufan S 150 markalı, 99 F 945 dövlət qeydiyyat nişanlı motosikletlə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində təxminən 30 km sürətlə hərəkətdə olmuşdur. Qardaşlar adlanan şirniyyat evinin qarşısından keçərkən avtomobillərin arası ilə irəlilədiyi zaman orada dayanmış avtobusun önündən bir nəfər yaşlı qadın gözlənilmədən qarşısına çıxmışdır. Aralarındakı məsafə az olduğundan əylǝcə bassa da hadisədən yayına bilməmiş, qadını vurmuşdur. Dərhal ona yaxınlaşıb səhhəti ilə maraqlanmış, orada olan adamların köməyi ilə Lökbatan qəsəbəsində yerləşən X9 Stansiyasına yola salmışlar. Özü isə hadisə yerində polisi gözləmişdir. Suala cavab olaraq, zərərçəkmiş şəxsin müalicə xərclərini qarşıladığını, onunla barışıq əldə etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il iclasında iştirak etmiş Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:01 radələrində idarə etdiyi Tufan S 150 markalı, 99 F 945 dövlət nömrə nişanlı motosikllə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində hərəkətdə olarkən Qardaşlar adlanan şirniyyat evinin qarşısında yolu sağdan sola keçən piyada X2 vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Tufan S 150 markalı, 99 F 945 dövlət nömrə nişanlı motosikletin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında "Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə olan DVD diskdə əks olunan görüntülərə baxış keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36 və 54-cü maddələrinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” X7 xx.xx.2025-ci il tarixli 275 saylı rəyindən görünür ki, vətəndaş M.Z.Ağayevanın məhkəmə tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – beldə bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin hemotoması, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni hərəkətdə olan motosikletin piyadanı vurması nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs X1 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində, Qardaşlar adlanan şirniyyat evinin qarşısındakı dayanacaqda 164 saylı avtobusdan düşmüşdür. Avtomobillər sürəti azaldıb yolu keçən piyadalara yol verirmişlər. O avtomobillərin arası ilə yolun əks itiqamətinə adi yeriş addımları ilə keçən zaman yolun hərəkət hissəsinin ortasında ona nəzərən sol tərəfdən gələn Tufan S 150 markalı 99 F 945 dövlət nömrə nişanlı motosiklet onu vurmuşdur. Zərbənin təsirindən arxası üstə yerə yıxılmış və başı asfalta çırpılmışdır. Huşunu itirmişdir. Özünə gəldikdə motosiklın sürücüsü adının Rəşad olduğunu sonradan bildiyi oğlan və tanımadığı adamlar ətrafına toplaşmış, kömək edib oradan keçən avtomobillərdən biri ilə onu Lökbatan qəsəbəsində yerləşən X9 Stansiyasına aparmışlar. Rəşad isə hadisə yerində qalmışdır. TTYS-dan onu ambulansla 1 saylı X8 aparılmışdır. Müayinə zamanı bədənində sınıq çıxıq olmadığı aşkar edilmiş və o, evə buraxılmışdır. Rəşad və onun ailəsi onlara gəlib ondan üzr istəsələr də, onun müalicəsinə heç bir köməklik etməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi Tufan S 150 markalı, 99 F 945 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində hərəkətdə olarkən Qardaşlar adlanan şirniyyat evinin qarşısında yolu keçən piyada X2 vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 54-cü maddəsinin 5-ci bəndində göstərilmişdir ki, əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir. Həmin qanunun 37-ci (mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinin 4-cü bəndində göstərilmişdir ki, sürücü Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "X9" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs onun trəfindən törədilmiş yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxsin müalicə xərclərinə köməklik göstərməmişdir. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar