Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1399/2024 15.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1991-cı il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 18 mart 2024-cü il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Lökbatan-Qobu yolunda, Qobu istiqamətində vətəndaş X8 məxsus «Mercedes Benz 190» minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi halda avtomobildə idarəetməni itirərək yolun sağ hissəsinə doğru hərəkətlənmiş və avtomobil yolunun sağ hissəsində olan çökəklik hissəyə düşmüşdür. Nəticədə sürücü Şəxs ağır dərəcəli, X9 isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın polis leytenantı X6 tərəfindən Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 13 may 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolu müdafiə edərək sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, ünvan 2 bacısı ilə birlikdə yaşayır. 18 mart 2024-cü il tarixdə, səhər saatlarında Lökbatan qəsəbəsindən yerləşən “Kainat” kafesindən müştəri kimi tanıdığı Fərid Bəşirovdan onu Qobu qəsəbəsinə aparmasını xahiş etmiş, Fərid isə ona içkili olduğunu, avtomobili özü idarə edərsə onunla Qobu qəsəbəsinə gedə biləcəyini bildirmişdir. O Fəridə sürücülük vəsiqəsinin olmadığını, lakin avtomobil idarə edə bildiyini bildirdikdə Fərid onunla razılaşmış və həmin gün saat təxminən 10:30 radələrində Qobu istiqamətində yola düşmüşlər. O maşını idarə etmiş, Fərid isə öndə, sağ oturacaqda əyləşmişdir. Onlar Lökbatan-Qobu yolu üzərinə Qobu istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən sərt döngəli yolda qarşıdan gələn Kamaz markalı avtomobili görüb onunla toqquşmamaq üçün yolun sağ hissəsinə hərəkətlənib, sağda olan çökəklik hissəyə düşmüşlər. Hadisə yerinə təcili tibi yardım çağırmış və xəstəxanaya aprılmışlar. O səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 öz izahatında göstərmişdir ki, etibarnamə əsasında X3 adına olan “Mercedes Benz 190” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Mart 2024-cü il tarixdə, saat 10:30 radələrində Şəxs yaşadığı Qobu qəsəbəsinə aparmaq üçün idarə etdiyi avtomobillə Lökbatan-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Yolda marketə girmiş, marketdən çıxarkən Firuzə yaşadıqları evədək avtomobili özünün idarə etməsini xahiş etmişdir. O Firuzənin sürücülük vəsiqəsinin olmadığından məlumatsız olmuşdur. Firuzə maşını idarə etmiş, o isə öndə, sağ oturacaqda əyləşmişdir. Onlar Lökbatan-Qobu yolu üzərinə Qobu istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən Firuzə sərt döngəli yolda qarşıdan gələn Kamaz markalı avtombili görüb onunla toqquşmamaq üçün yolun sağ hissəsinə hərəkətlənib, sağda olan çökəklik hissəyə düşmüşlər. Hadisə yerinə təcili tibi yardım çağırmış və xəstəxanaya aprılmışlar. Hal-hazırda Şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 13 may 2024-cü il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 08 aprel 2024-cü il tarixli, 219 saylı canlı şəxsin ekspertizası ekspert rəyinin nəticə hissəsindən aydın olur ki, vətəndaş Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- onurğanın boyun şöbəsinin Vİİ (C7) fəqərəsinin yan çıxıntısının yerdəyişən sınığı, onurğanın döş şöbəsinin İ-İİ-İİİ-İV-V (th 1, th 2, th 3, th 4, th5) fəqərələrinin yan çıxıntılarının yerdəyişən sınığı, sol yanaq nahiyyəsinin sıyrığı və sağ diz oynağının qançırı bər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi 18 mart 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Vətəndaş F.Y. Əliyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi minik avtomaşınında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilərdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 08 aprel 2024-cü il tarixli, 207 saylı canlı şəxsin ekspertizası ekspert rəyinin nəticə hissəsindən aydın olur ki, vətəndaş F.N.Bəşirovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- basin alın nahiyyəsinin dərialtı hematoması və səthi əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi 18 mart 2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş F.N.Bəşirovun almış olduğu xəsarətin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu minik avtomaşınında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilərdi. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımov tərəfindən qəbul edilmiş 10 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsinə əsasən;
1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş.
2. Sürücü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmasına və onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olmasına görə həmin maddə ilə sürücü vət. Şəxs barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış rədd materialı Qaradağ RPİ DYPŞ-yǝ göndərilməsi,
3. Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi,
4. Qəbul edilmiş qərarın surəti məlumat üçün maraqlı tərəflərə göndərilməsi qərar alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və qeyd olunan hadisə nəticəsində özünün də ağır dərəcəli bədən xəsarəti almasını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsrili bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər.
Hakim: Rufan Mürsəlov