Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1399/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 01 iyul 2025-ci il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən 30000.00 Avro məbləğində vəsait bank vasitəsilə 22 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 30000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 23 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nın direktoru X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, direktoru olduğu Şəxs MMC ilə Almaniyanın “X4 İnternational Gmbh” şirkəti arasında bağlanmış 06 mart 2023-cü il tarixli müqaviləyə əsasən avtomobil ehtiyyat hissələri, mühərərik yağları və digər məhsulları “X4 İnternational Gmbh” şirkətindən almaqla bağlı razılığa gəlmiş, şirkətə ümumilikdə 30000.00 avro məbləğində ödəniş etmişlər. Həmin məhsullar 2023-cü il tarixdə ölkəyə daxil olmuş, lakin gömrük bəyannaməsində yol verilən texniki səhvlərə görə 30000.00 avro məbləğində vəsait sonradan ödəniş kimi qeyd edilmişdir. İstinad etdikləri və rəsmləşdirilməsini apardıqları gömrük bəyannamələrindən məlum olur ki, Şəxs MMC Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının tələblərini pozmamışdur. Bunu iş materiallarına əlavə etdikləri "xxxx" ASC-dən şirkətə ünvanlanmış 13 iyun 2025-ci il tarixli məktub da sübut edir. Odur ki, öz izahatında direktoru olduğu şirkətin əməlində İXMnin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin direktoru X1 məhkəmə baxışı zamanı təqdim etdiyi "xxxx" ASC-dən Şəxs MMC-yə ünvanlanmış 13 iyun 2025-ci il tarixli, 18507 saylı məktubdan aydın olur ki, “Agromotors Azərbaycan" MMC (VÖEN: **********) tərəfindən "X4 İnternational GmbH" şirkətinin xeyrinə aparılmış məktubda göstərilən avans ödənişləri cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə tam bağlanılmışdır. Həmin cədvəldən də görünür ki, qeyd olunan ödəniş üzrə mallar vaxtında ölkəyə idxal edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Satıcı "X4 İnternational GmbH" şirkətinə 22 may 2023-cü il tarixdə köçürülmüş 30000.00 Avro dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) 01 iyul 2025-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1399/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1399/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver