Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-14/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 tərəfindən tərtib olunmuş 28 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 tərəfindən tərtib olunmuş 28 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 tərəfindən xx.xx.2022ci il tarixli protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarı ilə İXM-nin 353.2-ci maddəsi ilə o 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan ** BX *** dövlət qeydiyyat nömrə nişanlı Kamaz 5511 yük markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Bakı-Qazax yolunun 46-cı km-də Yol polisi əməkdaşları heç bir əsas olmadan Qaradağ postu deyilən ərazidə onu saxlamış və bildirmişlər ki, normadan artıq yük daşıyır. O polis əməkdaşlarına bunun əsassız olduğunu bildirdikdə onlar bununla razılaşmamış və onun avtomobilini tərəziyə çıxartmışlar. O onlardan tərəzinin sertifikatını, axırıncı dəfə nə vaxt yoxlanışdan keçməsinə dair sənəd tələb etdikdə onlar bunu ona verməmişdir. Daha sonra ona bildirmişlər ki, sən normadan artıq yük daşıyırsan. O polis əməkdaşlarından soruşmuşdur ki, hansı miqdarda artıq yük daşıyırsa onu bildirsinlər. Lakin onlar bunu ona deməyərək, heç bir əsas olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yaşadığı ünvana heç bir qərar gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə özü yaşadığı yer üzrə polis şöbəsinə müraciət edərək qərarın surətini əldə etmiş və həmin qərardan məlum olmuşdur ki, 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 məhkəmə iclasına gəlməmişlər, X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X3 tərəfindən hazırki iş üzrə məhkəməyə ona məxsus yükün qeyd edilmiş çəkidən az olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti İnzibati qrup polis kapitanı X2 tərəfindən tərtib olunmuş 28 oktyabr 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-14/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-14/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver