Məhkəmə qərarları › İş №3(002)-14/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-14/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-14/2024 26.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail rayon Prokurorluğundan daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” və ona əlavə edilmiş materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Səbail rayon prokuroru, baş ədliyyə müşvairi Natiq Əsədov tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan və iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X1 (FİN: 26UTQ13) tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş, əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə münasibətlərinin informasiya bildirişi elektron əmək sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər- X7 (FİN:23HEH3K) və X5 (FİN:7A612C8) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində 2023-cü ilin oktyabr ayının ortalarından Azerbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən alçıpan işləri görməyə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Məhkəmənin 11 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş Şəxs MMC-nin qanuni təmsilçisi X1 təmsil etdiyi şirkət barəsində qəbul edilmiş qərarı qəbul etməyərək göstərmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti edilmiş sifarişlər əsasında bütün sahələr üzrə servis xidmətlərini həyata keçirməkdən ibarətdir. Rəhbərlik etdiyi MMC ********** VÖEN nömrəsi və müvafiq nizamnamə əsasında hüquqi ünvanı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 nəfərdən ibarət əmək kollektivi ilə fəaliyyət göstərir. O "xxxx" MMC-nin direktoru kimi MMC-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq, "xxxx" MMC ilə bağladığı 14 sentyabr 2023-cü il tarixli, 23/05 nömrəli «Təmir işlərinin görülməsi barədə» Podrat Müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən müvafiq ünvanlarda (ünvan 4ədən 1-ci Qəsr döngəsi 69 və 88) yerləşən əmlaklarda ümumi təmir işlərinin icra edilməsi həmin müqavilənin predmetinə uyğun olaraq ona həvalə edilmişdir. Həmçinin, 14 sentyabr 2023-cü il tarixli, 23/05 nömrəli «Təmir işlərinin görülməsi barədə» Podrat Müqaviləsinin 2.2-ci bəndinin 2.2.4-cü müddəasının tələblərinə əsasən, işlərin yerinə yetirildiyi dövr ərzində sahəni daim Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X10 (SƏTƏMM) üzrə mütəxəssis ilə təmin etmək, sahəyə icazəsiz girişlər baş verərsə, icazəsiz girişlərin səbəbini və hər hansı itki və ya zərəri öz hesabına aradan qaldırmaq, eyni zamanda Müqavilənin 12-ci bəndinin 12.1-ci müddəasına əsasən işlərin görülməsi zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi, ekoloji təhlükəsizlik, sanitar-gigiyenik normalara riayət olunması, yanğından mühafizə tədbirlərinin həyata keçirilməsi, işlərin görülməsinə başlamazdan əvvəl sahədə işlərin görülməsi ilə bağlı təhlükəsizlik öhdəliklərinin ümumilikdə icrasını təmin edən tədbirlərin, təhlükəsizlik tədbirləri üzrə planları və onların icra üsulları, ehtiyat tədbirlərinin hazırlanmasına bilavasitə məsuliyyət və digər təhlükəsizlik tədbirlərinə cavabdehlik şəxsən onun üzərindədir. Təmir işlərinin görülməsi barədə 14 sentyabr 2023-cü il tarixli, 23/05 nömrəli Podrat Müqaviləsinin bağlanıldığı dövrdə çoxdan tanıdığı Akif adlı şəxslə əlaqə saxlayaraq, ona təmir işlərinin görülməsində bacarıqlı ustalar lazım olduğunu bildirəndə, ona Xəyal adlı şəxsin telefon nömrəsini vermiş, o da Xəyalla danışaraq ona usta lazım olduğunu ona bildirmişdir. Xəyal ona bu işlərdə köməklik edəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Xəyal Famil adlı şəxsin vasitəsilə X2 usta tapmaq işinə cəlb etmiş və Aydın da öz tanışlarını bu işə cəlb etmişdir. X15 konkret hansı ustaları işə cəlb etdiyini o bilməmiş və bu barədə Aydın ona heç nə deməmişdir. Ramal və Ramin qardaşlarının verdiyi izahatın hamısının şər və böhtan olduğunu, Ramal Əliyevin rayon prokurorluğuna etdiyi müraciətindən sonra Ramalla telefon əlaqəsi saxladığını və həmin vaxt Ramal ona gördüyü işlərə görə ona 1500 manat pul verilməli olduğunu bildirmişdir. Buna görə də o ilkin olaraq Ramala Şəki restoranının yaxınlığında 400 manat pul vermiş, bundan təxminən 5-10 gün sonra isə o Ramalın ona göndərdiyi bank kartı vasitəsilə əlavə olaraq 700 manat pul köçürmüşdür. Bununla da o onlara ümumilikdə 1100 manat pul vermişdir. O heç bir inzibati pozuntu törətmədiyini, Ramal adlı əməkdaşı işə götürmədiyini, Ramalın yıxılması məsələsinin həqiqətə uyğun olmadığını və özünün ümumiyyətlə bu işə hər hansı bir aidiyyatının olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 23 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X8 öz izahatında Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və Bakı şəhəri Səbail rayon Prokurorluğuna rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materillarına əlavə edilmiş Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X16 tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli, 23-3-2- 2/319-5259-1 qeydiyyat nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən;

1. vətəndaş X6 iş vaxtı yıxılması faktında hər hansı bir cinayət hadisəsi inzibati va va xəta tərkibinin əlamətləri olmadığıdan həmin xüsusatla bağlı cinayət işi başlanması rədd edilmiş.

2. eyni zamanda X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən "xxxx" MMC tərəfindən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyektində aparılan təmir-bərpa işlərinə cəlb olunması faktına görə hüquqi şəxs hesab olunan Şəxs MMC (VÖEN: **********) barəsində, həmçinin X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən "xxxx" MMC-nin direktoru X1 tərəfindən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış obyektində aparılan təmir-bərpa işlərinə cəlb olunması faktına görə "xxxx" MMC-nin direktoru vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması məqsədilə toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi,

3. qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi,

4. qərar barədə tərəflərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş olan inzibati xəta haqqında iş üzrə 21 dekabr 2023-cü il tarixli qərara əsasən;

1. hüquqi şəxs Şəxs MMC (VÖEN: **********)) - Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 7axı şossesi, 4E nömrəli evin 41 nömrəli mənzil ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan RespublikasılXM-nin 192.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması,

2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi,

3. Qərar inzibati tənbeh tədbirin tətbiq olunması məsələsinə baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilməsi,

4. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan X6 Bakı şəhəri Səbail rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o 2017-ci ildən fərdi qaydada malyar, hörgü, alçıpan və sair təmir-tikinti işləri ilə məşğul olur. 2023-cü ilin oktyabr ayının əvvəllərində atasının tanışı Famil adlı şəxslə telefonla əlaqə saxlamış və ona həmin işləri görə biləcəyimi bildirmişdir. Həmin vaxt Famil onu və qardaşı Ramini özünün tanışı olan Aydın Məmmədovla əlaqələndirmişdir. Aydın isə ona Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər adlanan ərazidə içərisində müəyyən təmir-bərpa işləri aparılan 2 mərtəbəli obyektdə malyar işlərini görə biləcəyini desə də, o həmin obyektdə Aydının çoxsaylı xahişlərindən sonra alçıpan işlərinə cəlb olunmuşdur. Aydınla onun danışığı belə olmuşdur ki, ona çatacaq əmək haqqı gündəlik görəcəyi işlərdən asılı olaraq veriləcəkdir. Onunla yanaşı qardaşı X12 da həmin obyektdə alçıpan işinə cəlb olunmuşdur. Onları səmək fəaliyyətinə cəlb edən Aydın adlı şəxs nə onunla, nə də qardaşı ilə heç bir əmək müqaviləsi bağlamamışdır. Onlar həmin obyektdə demək olar ki, 10-15 gün əmək müqaviləsiz işləmişlər. Sonradan onlara məlum olmuşdur ki, qeyd olunan obyektdə aparılan təmir-bərpa işləri Yasər adlı şəxsin direktoru olduğu Şəxs MMC tərəfindən həyata keçirilir. 30 oktyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində obyektin birinci mərtəbəsində yerləşən sanitar qovşağı otağının giriş hissəsində sağ divarın üzərinə vurulacaq alçıpanın alt hissəsində izolyasiya işləri görülməsi üçün müəyyən uçurma işləri gördüyü vaxt həmin yerdə olan ayaqaltı kimi istifadə etdiyi iki ədəd dəmir bidonun üzərinə qalxmış və qəflətən üzərində olduğu ikinci bidon aşdığından təxminən 3,5 metr hündürlükdən arxası üstə yıxılmışdır. Bildirmişdir ki, hər iki bidonun arasında iki ədəd taxta parçaları qoyulmuşdu ki, bidonlar bir-birinin üzərində dayana bilsin. Yıxılması nəticəsində bel nahiyyəsi əvvəlcə birinci bidonun kənarına, sonra isə oradan daş döşəməyə dəymişdir. Bundan sonra o qardaşı ilə birlikdə obyekti tərk etmiş və Aydından ona çatacaq əmək haqqını tələb etməyə başlamışdır. Aydın isə hər dəfə onu aldadaraq bu gün-sabah verəcəyini demişdir. Bunu həmin vaxt onun yanımda olmuş qardaşı Ramin də təsdiq edə bilər. Bundan bir neçə gün sonra o və qardaşı Ramin özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən və onlara zəng edən Yasər Bayramovla “Şəki” restoranının yerləşdiyi dairənin yaxınlığında görüşmüş və həmin vaxt o, ilkin olaraq 400 manat pul verərək, gördükləri işlərin və eyni zamanda yıxılmağı ilə əlaqədar xərclədiyi digər zəruri xərclərin əvəzinin tam həcmdə ödəniləcəyinə söz vermişdir. Lakin nə Aydın Məmmədov, nə də ki, Yasər Bayramov onlara heç bir məbləğdə pul ödəməyərək, telefon zənglərinə cavab verməmişlər. Aydın Məmmədov yalnız ona və qardaşına ümümilikdə 100 manat pul vermişdir. Onun əmək fəaliyyətinə cəlb olunduğu həmin obyektdə təxminən 30-40 nəfər şəxs işləyirmişlər. Lakin onların həmin obyektdə hansı əsaslarla işləmələrini bilmir. Ancaq dəqiq bilir ki, nə onun, nə qardaşının, nə də ki, Aydın Məmmədovun cəlb etdiyi və obyektdə "xxxx" MMC-nin işçisi kimi işləyən 10 nəfər şəxsin, yəni malyar-ustanın heç birinin əmək müqavilələri onlara ümumilikdə 1100 manat pul verəcəkləri vardır. O öz izahatında onu da qeyd etmişdir ki, qeyd olunan obyektdə onun və qardaşının, eləcə də digər işçilərin icra etdikləri işlərin təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün heç bir qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilməmiş və onlar heç bir təhlükəsizlik vasitəsi ilə təmin olunmamışlar. Obyektdə iş zamanı əmək təhlükəsizliyi qaydalarına əməl olunmasına konkret olaraq kimin cavabdehlik daşımasını bilmir və belə bir şəxsi heç vaxt görməyərək onunla heç bir əlaqəsi olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X13 2023-cü ilin oktyabr ayının ortalarından əmək müqaviləsi olmadan ünvan 8 ünvanda yerləşən Şəxs MMC-yə məxsus qeyri-yaşayış obyektində təmir-bərpa işlərinə cəlb olunmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar