Məhkəmə qərarları › İş №3(002)-1400/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1400/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1400/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X6, Qaradağ RPİ-nin 10-cu PŞ-nın C.A üzrə əməliyyat müvəkkili, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, X1 təchizatçı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 04 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs 04 iyul 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nın içərisində polis əməkdaşlarına tabesizlik göstərmiş və söyüş söymüşdür. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 04 iyul 2025-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X9 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası DİN-in "102" xidmətinə zəng edərək, 15 il əvvəl boşandığı arvadı X3 və 19 yaşlı oğlu tərəfindən təhqir etməsi ilə əlaqədar 04 iyul 2025-ci il tarixdə həmin məlumatla əlaqədar vətəndaş Şəxs ərizə və izahatının alınması məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılaraq sonuncu PŞ-nə dəvət olunmuşdur. 04 iyul 2025-ci il tarixdə vətəndaş Şəxs Qaradağ RPİnin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Şəhriyar Əlizadənin xidməti otağında olan zaman qeyri-etik ifadələr işlədərək, ucadan səs-küy salmaqla PŞ-nin iş fəaliyyətini pozmuşdur. Sonuncuya dəfələrlə sakitləşməyi tövsiyyə olunsada, vətəndaş 10-cu PŞ-nin əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə ilə bağlı hər hansı video görüntü və ya səs yazısı müəyyən edilərək iş materiallarına əlavə edilməmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın C.A üzrə əməliyyat müvəkkili, polis kapitanı X4 öz izahatında Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X6 dediklərini təsdiq edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolu qəbul etməyərək göstərmişdir ki, ünvan 2vanında yaşayır. Keçmiş həyat yoldaşı Vüsalə onun barəsində 10-cu PŞ-ya əsassız şikayət etmişdir. Buna görə də 04 iyul 2025-ci il tarixdə 10-cu PŞ-na gedərək barəsində əsassız şikayət verildiyini bildirərək müvafiq ərizə vermişdir. Telefon danışığının qeydini polis əməkdaşlarına təqdim edib onun özünə söyüş söyüldüyünü sübuta yetirmişdir. Daha sonra oğlu, X5 şöbəyə dəvət etmişlər və oğlu ona qarşı nalayiq ifadələr işlətdiyi üçün üzr istəmişdir. Bundan sonra o öz xidməti işinə qayıtmışdır. İşdə olarkən 10-cu PŞ-nın təhqiqatçısı Şəhriyar Əlizadə ona zəng edərək onu təkrar şöbəyə çağırmışdır. O isə işdə olduğuna görə gələ bilməyəcəyini bildirmişdir. Polis əməkdaşalrı onun iş yerinə gələrək onu məcburi 10-cu PŞya gətirmişlər. O şöbədə olarkən polis əməkdaşları ona bu gün səhər şöbədə olarkən nalayiq ifadələr işlətdiyi bildirmişlər. Lakin o bu gün, istər səhər, istərsə də günortadan sonra polis şöbəsində olarkən heç bir nalayiq ifadə işlətməmiş və polisə hər hansı bir tabesizlik göstərməmişdir. Onun hansı səbəbdən saxlanılaraq məhkəməyə gətirilməsi ona məlum deyildir. Əgər belə bir hal baş versə idi polis şöbəsində olan kameralar vasitəsilə və yaxud da ən azından səs yazısı ilə bunu sübut etmək olardı. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı Şəhriyar Əlizadə ilə mpbil telefon vasitəsilə əlaqə saxlanılmış, təhqiqatçı növbədən çıxdığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin Şəxs bu gün onun xidməti otağında olduğunu və onun izahatı alınarkən “bu nə işi idi mən düşdüm, nə qələt elədim bura gəldim” sözlərini işlətdiyini, lakin hər hansı digər nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-nə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı vətəndaş Şəxs 04 iyul 2025-cü il tarixdə günorta saatlarında səs-küy salaraq ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməsinə dair dair heç bir sübut və ya əsaslı dəlillər müəyyən edilməmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar