Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1401/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi, Protokolu tərtib edən şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs - Soltanova (Məmmədova) Pərvanə Nadir qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işlməyən, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-174/2025 saylı icra sənədinə əsasən ödənilməmiş qalıq 2015 manat aliment borcu vardır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-174/2025 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 30 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay 235 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Soltanova (Məmmədova) Pərvanə Nadir qızına ödənilməlidir. 16 yanvar 2025-ci il tarixdə icraat başlamaq haqqında qərar qəbul edilmiş, Şəxs könüllü icra barədə bildiriş təqdim edilmiş, Şəxs həmin bildiriş ilə tanış edilmişdir. Şəxs bildiriş ilə tanış olsa da məhkəmənin icra sənədini könüllü olaraq həyata keçirməmişdir. Şəxs dəfələrlə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin çağırışlarına gəlməmişdir. Buna görə də Şəxs barəsində 13 mart 2025-ci il tarixdə axtarış elan edilmiş, Bakı şəhəri Qardağ rayon İcra Şöbəsinin təqdimatı əsasında həmin şəxsin mülkiyyətindəki daşınar əmlak olan “Mercedes Benz C200 Minik” markalı “**-TM-***” qeydiyyat nişanlı avtomobilinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Şəxs barəsində Kürdəmir Rayon Polis X2 Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlandığından və təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdə 600071 axtarış işi açıldığından, Şəxs barəsində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsində 30135/25 nömrəli mülki-axtarış işinə xitam verilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxsə 7500 manat maddi ziyanı ödədiyinə və həmin maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, Kürdəmir Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmiş və Şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Şəxs həmin cinayət işi üzrə 7500 manat maddi ziyanı və maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş apardığından aliment borcu üzrə ödəniş aparmaq iqtidarındadır. Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də aliment borcu üzrə ödənişlər etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və həmin şəxsi yaşadığı ünvanda tapmaq mümkün olmamışdır. Buna görə də, Şəxs barəsində 04 iyun 2025-ci il tarixdə axtarış elan edilmişdir. Şəxs ölkədən getmək hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs izahatları alınarkən, həmin şəxs aylıq ödənişlər edəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Şəxs icra sənədi üzrə aliment ödənişlərini etmədiyinə görə, Şəxs hal-hazıradək ümumi aliment borcu 2015 manat təşkil edir. X5 axtarış işi nəticəsində bu gün, yəni 04 iyul 2025-ci il tarixdə saat 16 radələrində Qaradağ rayon İcra Şöbəsinə gətirə bilmişdir, yəni Şəxs icra şöbəsinə könüllü şəkildə gəlməmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə ona iki qəbz təqdim etmişdir. Həmin qəbzlərdə borclu Şəxs tələbkar Soltanova (Məmmədova) Pərvanə Nadir qızına poçt vasitəsilə 11 aprel 2025-ci il tarixdə 50 manat və 24 iyun 2025-ci il tarixdə 50 manat olmaqla cəmi 100 manat pul ödədiyi göstərilmişdir. Pərvanə Məmmədovanın həmin ödənişləri həqiqətən də alıb-almadığını bilmir. Məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyi üçün Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, icra sənədi üzrə tələbin könüllü icrası barədə icra məmurunun bildirişi ilə tanış olmuşdur. İşsiz olduğu, pulu olmadığı üçün alimenti ödəyə bilməmiş, günəmuzd fəhlə işləri ilə məşğul olmuşdur. Aliment üzrə poçt vasitəsilə cəmi 100 manat ödəniş etmişdir. Hazırda 2015 manat aliment borcunun olduğunu etiraf edir. Kürdəmir Rayon Məhkəməsində barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsə 7500 manat maddi ziyanı və maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənişi çətinliklə, borc götürərək ödəyə bilmişdir. Ertəsi gün 500 manat ödəyə bilər, hər ay da aliment borcu üzrə 500 manat ödəyəcəyinə söz verir. İcra şöbəsinə gəlməkdən yayınmamışdır. Atası dünyasını dəyişdiyindən icra məmuru onu tapa bilməmişdir. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Soltanova (Məmmədova) Pərvanə Nadir qızı izahatında bildirmişdir ki, məhkəmənin qətnaməsi əsasında Şəxs övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 30 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay 235 manat aliment ödənişləri aparmalı olsa da, indiyədək heç bir ödəniş etməmişdir. Şəxs 2025-ci ilin aprel ayında 50 manat və iyun ayında 50 manat ödənişləri ona çatmamışdır, onun həmin pullardan xəbəri yoxdur. Şəxs ona aliment ödənişlərini poçt vasitəsilə deyil, onun bank hesabına ödəməlidir. Övladının ürəyində qüsur vardır, Şəxs övladının əlillik dərəcəsi almasına mane olmuşdur, övladı ilə maraqlanmır, qayğı göstərmir. Şəxs barəsində Kürdəmir Rayon Məhkəməsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsə 7500 manat ziyanı ödəyə və əlavə olaraq dövlət büdcəsinə ödəniş edə bilirsə, deməli aliment borcunu da ödəyə bilər. Şəxs sadəcə olaraq alimenti ödəmək istəmir. Şəxs şikayətçidir, həmin şəxsin qanunamüvafiq şəkildə cəzalanmasını, tutulmasını tələb edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və icra işini araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-174/2025 saylı icra sənədindən görünür ki, 30 sentyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarında olan izahatların surətlərindən görünür ki, Şəxs müxtəlif tarixlərdə daha öncə iki dəfə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsində izahat yazmış, 2025-ci ilin fevral ayında verdiyi ilkin izahat zamanı hər ay 400 manat ödəniş edəcəyini, 04 iyul 2025ci il tarixli izahat zamanı isə hər ayın 10-u alimenti ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 13 mart 2025 və 04 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, borclu Şəxs barəsində iki dəfə axtarış elan edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadından görünür ki, Şəxs mülkiyyətindəki daşınar əmlak olan “Mercedes Benz C200 Minik” markalı “**-TM-***” qeydiyyat nişanlı avtomobilinə həbs qoyulmuş və icrası Daxili işlər Nazirliyinin Baş Dövlət yol Polisinə həvalə edilmişdir. Elektron icra sistemində edilmiş axtarışlarda Şəxs rəsmi olaraq işləmədiyi müəyyən edilmiş və onun mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxsə 7500 manat maddi ziyanı ödədiyinə və həmin maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini qərəzli olaraq icra etməmişdir. Şəxs alimenti ödməməsinin səbəbini işləməməsi, pulunun olmaması, günəmuzd fəhləlik etməsi ilə əlaqələndirmiş, icra məmurunun çağırışlarından yayınmadığını bildirmişdir. Lakin Şəxs aliment borcu üzrə borclu olduğu müddət ərzində barəsində Kürdəmir Rayon Məhkəməsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs 7500 manat maddi ziyanı ödəyə və əlavə olaraq həmin maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş apara bilmişdir. Buradan da belə nəticəyə gəlmək mümkündür ki, Şəxs aliment borcu üzrə ödəniş apara bilər, sadəcə olaraq ödənuş aparmaqdan yayınır. Yalnız barəsində icra məmuru tərəfindən edilən axtarış nəticəsində Şəxs 04 iyul 2025-ci il tarixdə icra şöbəsinə gətirilməsi mümkün olmuşdur, yəni Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək aliment üzrə ödənişləri etməkdən üzürsüz səbəbdən yayınmışdır. Şəxs atası dünyasını dəyişdiyindən icra məmurunun onu tapa bilməməsi barədə dedikləri isə özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Çünki iş materiallarında olan aktlardan da göründüyü kimi, Şəxs yaşadığı ünvan 2 ünvanında tapmaq mümkün olmamış, icra məmuru Şəxs barəsində iki dəfə axtarış elan etməyə məcbur olmuşdur. Bundan başqa, Şəxs icra sənədi üzrə tələbin könüllü icrası barədə icra məmurunun bildirişi ilə 06 fevral 2025-ci il tarixdə tanış olaraq imzalamış, həmin tarixdə verdiyi izahatında aliment borcu üzrə aylıq 400 manat ödəniş edəcəyinə söz versə də aliment üzrə ödənişlər aparmamışdır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Belə ki, işin hallarından da göründüyü kimi Şəxs 9 aydan artıq artıq müddətdə yığılmış aliment borcuna münasibətdə iki dəfə olmaqla cəmi 100 manat ödəniş aparmasına baxmayaraq, zərərçəkmiş şəxsin deməsinə görə həmin ödənişlər ona çatamış, icra məmuru da həmin ödənişlərin həqiqətən də zərərçəkmiş şəxsə çatıbçatmaması barədə onda məlumatının olmadığın qeyd etmişdir. Həmçinin Şəxs icra məmurunun çağırışlarına gəlməmiş, axtarış qərarı əsasında onun icraya gətirilməsi mümkün olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 iyul 2025-ci il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 iyul 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1401/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1401/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver