Məhkəmə qərarları › İş №3(002)-1402/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1402/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1402/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ Rayon Prokurorunun böyük köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallara əsasən, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçiddə yerləşən nömrəsiz obyektdə nəqliyyat vasitələrinin təmizlənməsi ilə məşğul olmaqla ümumilikdə 150 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon Prokurorunun böyük köməkçisi X2 bildirdi ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçiddə yerləşən nömrəsiz obyektdə nəqliyyat vasitələrinin təmizlənməsi ilə məşğul olmaqla ümumilikdə 150 manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs və X3 izahatları ilə sübut olunur. X4 izahatında təsdiq etmişdir ki, qeyd olunan ünvanda həqiqətən nəqliyyat vasitələrinin təmizlənməsi ilə məşğul olan obyekt fəaliyyət göstərir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.3-cü maddəsinə əsasən fiziki şəxs X4 tərəfindən rayon prokurorluğuna təqdim edilən məlumat olmuşdur. Məhkəmənin suallarına cavab olaraq X2 bildirdi ki, hazırki vaxtadək Şəxs qanunsuz fəaliyyətindən əldə etdiyi gəlirdən dövlət büdcəsinə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçiddə yerləşən nömrəsiz obyektdə nəqliyyat vasitələrinin təmizlənməsi ilə məşğul olmaq üçün hazırda dövlət qeydiyyatına (vergi uçotuna) alınsa da, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi VÕEN olmadan həmin fəaliyyətlə məşğul olmuş, ümumilikdə 150 manat məbləğində gəlir əldə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallara əsasən, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçiddə yerləşən nömrəsiz obyektdə nəqliyyat vasitələrinin təmizlənməsi ilə məşğul olmaqla ümumilikdə 150 manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin (150 manat) iki misli miqdarında, yəni 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar