Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1404/2021 20.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, “Holcim (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Salyan şossesi ünvanında qeydiyyatda olan “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 00100-2275/21 nömrəli, 15 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları va ödənişləri şöbəsindən daxil olmuş 34/012/028829 nömrəli 03. 11 2021-ci il tarixli raporta əsasən "HOLCİM (AZERBAYCAN)" ASC-nin ünvanına 99LX933/99ZC933 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə "HOLCİM (AZERBAYCAN)" ASC tərəfindən Bakı Baş Gömrük idarəsində **********9939 sorğu nömrəli 02.11.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə 'sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 99LX933/99ZC933 nömrəli yük avtomobil ilə 01.11.2021 tarixdə saat 06.06 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir həmin yükə dair **********3691 sorğu nömrəli qisa idxal bəyannaməsi de 08.10.2021-ci il tarixdə tərtib edilərək 09.10.2021-ci il tarixdə 06.39-da gömrük orqanına elektron formada verilmişdir. Lakin qeyd olunan qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat vasitəsinə dair CMR sənədində nəqliyyat vasitəsinin nömrəsi 902N433/99ZC334 kimi göstərilsə də. **********9939 sorğu nömrəli Gömrük bəyannaməsinin 18-ci qrafasında 99LX933/99ZC933 kimi göstərilmişdir. Belə ki Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/028829 nömrəli 03.11.2021-ci il tarixli raporta əsasən "HOLCİM (AZƏRBAYCAN ASC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.11.2021-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/028829 nömrəli 03. 11 2021-ci il tarixli raporta əsasən "HOLCİM (AZERBAYCAN)" ASC-nin ünvanına 99LX933/99ZC933 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Araşdırma zamanı "HOLCİM (AZERBAYCAN)" ASC-nin etibarnamə ilə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. O, izahatında həmin mallara dair **********3691 sorğu nömrəli qısa idxal bəyannaməsini vaxtında tərtib edərək gömrük orqanına təqdim edilmiş, sadəcə olaraq, qısa idxal bəyannaməsini hazırlayan zaman verilən CMR sənədində nəqliyyat vasitəsinin nömrəsi 90ZN433/99ZC334 kimi qeyd edildiyindən, ona uyğun olaraq elə göstərildiyini bildirmişdir. Lakin nəqliyyat vasitəsi sərhədi keçəndə məlum olmuşdur ki, nəqliyyat vasitəsinin nömrəsi 99LX933/99ZC933 kimidir. Bu barədə isə daha sonra məlumat verilmişdir ki, yüklər sərhədi keçməmişdən əvvəl 90ZN433/99ZC334 nömrəli nəqliyyat vasitəsindən boşaldılaraq, 99LX933/99ZC933 nömrəli nəqliyyat vasitəsinə yüklənmişdir. Bu səbəbdən iki bəyannamə arasında 18 və 21-ci qrafalarda uyğunsuzluq yaranmışdır. Həmçinin bildirmişdir ki, bəyannamələrdə nəqliyyat vasitələrinin nömrəsindən başqa digər bütün məlumatlar eynilik təşkil edir. Qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə "HOLCİM (AZERBAYCAN)" ASC tərəfindən Bakı Baş Gömrük idarəsində **********9939 sorğu nömrəli 02.11.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə 'sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 99LX933/99ZC933 nömrəli yük avtomobil ilə 01.11.2021 tarixdə saat 06.06 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir həmin yükə dair **********3691 sorğu nömrəli qisa idxal bəyannaməsi de 08.10.2021-ci il tarixdə tərtib edilərək 09.10.2021-ci il tarixdə 06.39-da gömrük orqanına elektron formada verilmişdir. Lakin qeyd olunan qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat vasitəsinə dair CMR sənədində nəqliyyat vasitəsinin nömrəsi 902N433/99ZC334 kimi göstərilsə də. **********9939 sorğu nömrəli Gömrük bəyannaməsinin 18-ci qrafasında 99LX933/99ZC933 kimi göstərilmişdir. Beləliklə, "HOLCİM (AZƏRBAYCAN ASC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyini nəzərə alaraq, həmin MMC-nin əməlində AR İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsinə dair 10.11.2021-ci il tarixli protokoldan görünür ki, "HOLCİM (AZERBAYCAN)" ASC tərəfindən Bakı Baş Gömrük idarəsində **********9939 sorğu nömrəli 02.11.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə 'sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 99LX933/99ZC933 nömrəli yük avtomobil ilə 01.11.2021 tarixdə saat 06.06 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir həmin yükə dair **********3691 sorğu nömrəli qisa idxal bəyannaməsi də 08.10.2021-ci il tarixdə tərtib edilərək 09.10.2021-ci il tarixdə 06.39-da gömrük orqanına elektron formada verilmişdir. Lakin qeyd olunan qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat vasitəsinə dair CMR sənədində nəqliyyat vasitəsinin nömrəsi 902N433/99ZC334 kimi göstərilsə də, **********9939 sorğu nömrəli Gömrük bəyannaməsinin 18-ci qrafasında 99LX933/99ZC933 kimi göstərilmişdir. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinın etibarnamə üzrə nümayəndəsi X3 15.11.2021-ci il tarixli 00100-2275/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinın etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən məhkəməyə ünvanlanmış iş üzrə icraata xitam verilməsinə dair 07 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, Bakı Baş Gömrük İdarəsi Holcim (Azərbaycan) ASC barəsində 00100-2275/21 saylı 15.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokola əsasən şirkətimizin ünvanına 99LX933/99ZC933 nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün tərtib edilmiş **********3691 saylı qısa idxal bəyannaməsində avtomobilin nömrəsi 99ZN433/99ZC334 kimi göstərilmiş, yəni, təhrif edilmiş məlumat verilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində qeyd edilmiş inzibati xəta törədilmişdir. Hesab edirik ki, aşağıdakı səbəblərə görə inzibati xəta haqqında həmin protokol əsassız olduğu üçün iş üzrə icraata xitam verilməlidir. Protokolda da şirkətimizin nümayəndəsinin qeyd etdiyi kimi həmin malları göndərən xarici firmanın bizə elektron poçt vasitəsilə göndərdiyi CMR-ların surətində yük maşınlarının nömrəsi 99ZN433/99ZC334 kimi qeyd edildiyi üçün şirkətimizin nümayəndəsi də qısa idxal bəyannaməsində həmin nömrəli avtomobili qeyd etmişdir (surəti ərizəyə əlavə edilir). Lakin, malgöndərən yolda yük avtomobillərini dəyişmiş CMR-lara da dəyişiklik etmiş, bu barədə bizə məlumat verməmişdir. Nəticədə mallar ölkə ərazisinə başqa yük maşınları ilə daxil olmuşlar. Protokolda qeyd edildiyi kimi yük avtomobilləri ölkə ərazisinə daxil olduqdan sonra şirkətimiz tərəfindən verilmiş gömrük bəyannaməsində 99LX933/99ZC933 nəqliyyat vasitələri qeyd edilmişdir. Əgər bizim təhrif edilmiş məlumat daxil etmək niyyətimiz olsaydı gömrük bəyannaməsini də təhrif etməyə çalışardıq. Lakin, göründüyü kimi malgöndərənin səhvinə görə qısa idxal bəyannaməsinə yanlış məlumat qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən əməllər o vaxt inzibati xəta hesab edilə bilər ki, o qəsdən və ya ehtiyatsızlıqdan törədilsin. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Yuxarıda qeyd edildiyi kimi şirkətimiz qısa idxal bəyannaməsi tərtib edərkən bizə göndərilmiş CMR surətindəki məlumata sonradan düzəliş ediləcəyini, malgöndərənin yolda nəqliyyat vasitələrini dəyişəcəyini bilməmiş, güman etməmişdir. Ona görə də şirkətimiz tərəfindən qısa idxal bəyannaməsini tərtib etməsində heç bir inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi şirkətimiz tərəfindən inzibati xəta törədilmədiyi üçün iş üzrə icraata xitam verilməsi üçün bütün hüquqi əsaslar vardır. Göstərilənlərə əsasən 3(002)-1404/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “Holcim (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1404/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1404/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver