Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1405/2025 22.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli, EQ 28693351 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli, EQ 28693351 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN Baş Dövlət Yol Polis İdarəsinin 19 iyun 2025-ci il tarixli EQ 28693351 saylı inzibati xəta haqqında qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə dair xx.xx.2025-ci il tarixli EQ 28693351 saylı qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə xx.xx.2025-ci il tarixli EQ 28693351 saylı protokol və həmin protokolun yazılmasına səbəb kimi xx.xx.2025-ci il tarixdə saat 20:31-də M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə ** JF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Birtərəfli qaydada heç bir araşdırma aparılmadan qəbul edilmişdir. İşin halları ilə bağlı bildirir ki, xx.xx.2025-ci il tarixində M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində onun idarə etdiyi ** JF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə “X8” Zavoduna xx.xx.2025-ci il tarixdə saat 11:46 radələrində boş çəki ilə yəni 12.46 ton çəki ilə daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat 12:14 radələrində 39.38 ton sement yükləyərək 39.38 ton dolu çəki ilə zavoddan çıxmışdır. Bununla bağlı “X8” MMC-nin X7 də mövcuddur və zavodun elektron avtomobil tərəzisinin xx.xx.2025-ci il tarixli OMS K 00579 nömrəli giriş və OMS K 00580 nömrəli çıxış Kalibrləmə Sertifikatına əsasən elektron avtomobil tərəzisinin növbəti kalibrləmə vaxtı xx.xx.2026-cı ilədək etibarlıdır. Bundan əlavə xx.xx.2025-ci il tarixdə, saat 20:31-də M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə ** JF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edildikdən sonra saat 21:16 radələrində Beton zavoda pullu yolda tərəzidən keçmişdir və çəkisi 39.200 ton olmuşdur, yük avtomobili Qazax rayonu, Arkoz Sement zavodundan yola çıxaraq Qaradağ rayonu, Lökbatan ərazisinə kimi gəldiyi yolda təqribən 36 lt dizel istifadə olunmasını göz önündə saxlasa, normal olaraq ümumi çəkidən azalmışdır. Burdan da görünür ki, pullu yoldakı tərəzi və X8 MMC-nin tərəzisi düz çəkir. Onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. O, yolu hərəkəti haqqında Azərbaycan Respublikası qanunun heç bir tələbini pozmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi isitfadədə olan avtomobil yollarında idarə edilməsinə görə 40 tondan artıq olmadığı üçün qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli, EQ 28693351 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli, EQ 28693351 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1405/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1405/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver