Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1406/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 DİN-in BDYPİ-nin 21 iyun 2025-ci il tarixli, EQ 28738977 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Səngəçal qəsəbəsi Bakı istiqamətində barəsində İXM-nin 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümümi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olarkən İXM-in 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümümi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı protokol və həmin protokolun yazılmasına səbəb kimi vətəndaş X1 xx.xx.2025-ci il tarixdə, saat 22:34-də M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə **-JX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən X3 Azərbaycan Respublikası İXM 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Həmin qərarla razı deyil. Hesab edirik ki, qərar qanunsuzdur, işin hallarını əks etdirmir. Birtərəfli qaydada, heç bir araşdırma aparılmadan qəbul edilib. İşin halları ilə bağlı bildirir ki, xx.xx.2025-ci il tarixində M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində onun idarə etdiyi **-JX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə "X7" zavoduna xx.xx.2025-ci il tarixdə, saat 11:25 radələrində boş çəki ilə yeni 12.36 ton çəki ilə daxil olmuşdur, xx.xx.2025-ci il tarixdə saat 12:13 radələrində 39.74 ton sement yükləyərək 39.74 ton dolu çəki ilə zavoddan çıxmışdır. Bununla bağlı " X7" MMC-nin əmtəə nəqliyyat qaiməsi də mövcuddur (iş matreallarına əlavə etmişdir) və zavodun elektron avtomobil tərəzisinin xx.xx.2025-ci il tarixli OMS K 00579 nömrəli giriş və OMS K 00580 nömrəli çıxış kalibrləmə sertifikatina əsasən elektron avtomobil tərəzisinin növbəti kalibrləmə vaxtı xx.xx.2026-cı ilədək etibarlıdır (iş matreallarına əlavə edilmişdir). Bundan əlavə bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixdə, saat 22:34-də, M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə **-JX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitesini idarə edərkən X4 Azərbaycan Respublikası İXM 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edildikdən dərhal sonra saat 23:25 radələrində Agro terminal Lökbatan, pullu yolda tərəzidən keçmişdir ( iş matreallarına əlavə edilmişdir) və çəkisi 39.400 ton olmuşdur. Yük avtomobili Qazax rayonu, Arkoz Sement zavodundan yola çıxaraq Qaradağ rayon, Lökbatan ərazisinə kimi gəldiyi yola təqribən 34 litr dizel istifadə olunmasını göz önünde saxlasaq, normal olaraq ümumi çəkidən azalmışdır. Burdan da görünür ki, pullu yoldakı tərəzi və “X7” MMC-nin tərəzisi düz çəkir. Yükün plombları üzerində olması ilə bağlı video görüntüləri də məhkəmə də təqdim edəcəkdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Qaradağ rayon, Səngəçal qəsəbəsi, Bakı istiqamətində X5 baresində İXM-in 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümümi istifadə də olan avtomobil yollarında idarə edilməsi inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı qərar səhv tərtib edilib və heç bir araşdırılma aparılmamışdır, qərar ləğv edilməlidir. Belə ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun heç bir tələbini pozmamışam. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələbində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikde oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 40 tondan artıq olmadığı üçün qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi heç bir araşdırma aparmadan əsassız qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddesinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd eden, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati mesuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzre icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qerarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin teqsirli olması barəsində şübhələr onun xeyrine hell edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisesi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən işin hallarından, maddi və prosesual hüquq normalarının tələbindən də görünür ki, Qaradağ rayon, Səngəçal qəsəbəsi, Bakı istiqamətində X4 barəsində İXM-in 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümümi istifadə də olan avtomobil yollarında idarə edilməsi inzibati tenbeh verme barədə xx.xx.2025-ci il tarixli, EQ 28738977 saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta terkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X2 və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq şikayətçi və həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə şikayətçinin və nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş sənədlərdən aydın olur ki, X3 21 iyun 2025-cü il tarixdə saat 22:34-də idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 21 iyun 2025-ci il tarixli, EQ 28738977 nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi xx.xx.2025-ci il tarixli (saat 12:13) “Arkoz” sement zavodundan verilmiş tərəzi qəbzinə əsasən ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin net çəkisi 12.36 kq olmaqla, ümumilikdə 39.74 kq təşkil etmişdir. Məhkəmə həmin tərəzi qəbzinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin tərəzilərin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 21 iyun 2025-cü il tarixdə saat 22:34-də idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 21 iyun 2025-ci il tarixli, EQ 28738977 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 21 iyun 2025-cü il tarixli, EQ 28738977 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1406/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1406/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver