Məhkəmə qərarları › İş №3(002)-1410/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1410/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1410/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon X10 Şöbəsinin polis leytenantı X2 iştirakı ilə, X3 Qaradağ rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 01 iyul 2023cü il tarixli EQ 15424733 saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 01 iyul 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon DYPŞ baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 01 iyul 2023-cü il tarixli, EQ 15424733 saylı qərarla o İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, istifadəsində olan “SMS Radar” mobil tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdə bildiriş almışdır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə olunmuşdur. Bildirişdə göstərilən ünvanda, göstərilən şəkillərdə qeyd olunan avtomaşın ona məxsus “X9” markalı, 99KE540 dövlət qeydiyyat nömrəli olmadığı üçün yalnışlıq barədə Baş X10inə yazılı müraciət etsə də qərar qüvvədə qalır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Qərardan şikayət verən şəxs X5 əvvəlki məhkəmə iclasında şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon X10 Şöbəsinin polis leytenantı X4 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Qaradağ rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 01 iyul 2023cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar