Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1410/2025 22.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, AZ1063, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 02 iyul 2025-ci il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən 116670,25 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 30 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 116670.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 31 may 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nın nümayəndəsi (vəkili) X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, 03 iyun 2025-ci il tarixdə “YapıKredi Bank” Azərbaycan vasitəsilə ödənilən 116670.25 ABŞ dolları (yüz on altı min altı yüz yetmiş) ABŞ dolları məbləğində pula görə **********0823 sorğu nömrəli Gömrük bəyannaməsinə əsasən 10 iyul 2023-cü il tarixdə idxal olunan malların Bakı Baş Gömrik İdarəsində gömrük rəsmləşdirilməsi tərəflərindən aparılmaqla icra edilmişdir, həmin mallar Şəxs MMC tərəfindən artıq qəbul edilmişdir. İstinad etdikləri və rəsmləşdirilməsini apardıqları gömrük bəyannaməsindən məlum olur ki, Şəxs MMC Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının tələblərini pozmamışdur. Odur ki, öz izahatında nümayəndəsi olduğu şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin nümayəndəsi X1 məhkəmə baxışı zamanı təqdim etdiyi 10 iyul 2023-cü il tarixli, **********0823 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 14873,00 kq miqdarında geyim hazırlanması üçün parçalar 10 iyul 2023-cü il tarixdə Biləsuvar gömrük Postundan keçirilərək Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Məhkəmə iclasının gedişində Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə daxil olmuş məlumatdan aydın olur ki, "X3" MMC tərəfindən xx.xx.2023-cü il tarixində 116670.25 ABŞ dollar məbləğində vəsait xaricə köçürülmüş və bu ödənişə əsasən **********0823 saylı gömrük bəyannaməsi ilə mallar ölkəyə idxal edilmişdir. Yuxarıda qeyd olunan faktlar nəzərə alınaraq bildirirlər ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər və əlavə olaraq bu iş üzrə hər hansı mübahisə və tələbləri yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "X3" MMC tərəfindən «X5» firmasına 30 may 2023-cü il tarixdə köçürülmüş 116670.25 ABŞ dolları dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: AZ1063, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) 02 iyul 2025-ci il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1410/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1410/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver