Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1415/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC 1265248.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1265248.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iclasın səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, "X1" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 1265248.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Lakin gömrük sisteminə yalnış məlumatların daxil edilməsi ilə əlaqədar olaraq malların idxalını təsdiq edən yük gömrük bəyannaməsi bank tərəfindən qəbul edilməmişdir. Bu səbəbdən də gömrük bəyannamələrinin dəqiqləşdirilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsində müraciətləri əsasında aparılan araşdırma nəticəsində sistemə texniki yanlışlıq nəticəsində əlavə olunmuş məlumatlara düzəliş olunmuş, nəticədə Kapital Bank vasitəsilə xx.xx.2023-cü il tarixində "AO Orenburgskıe Mıneralı" şirkətinin xeyrinə aparılmış ******* Rusiya rublu məbləğində avans ödənişi təqdim olunmuş **********1251 nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "X1" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixində "X4" şirkətinin xeyrinə aparılmış ******* RUB (bir milyon iki yüz altmış beş min iki yüz qırx səkkiz Rus Rublu) məbləğində avans ödənişi təqdim olunmuş **********1251 nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, "X1" MMC barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(002)-1415/2025 saylı inzibati işin məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, **********1251 YGB-nə əsasən xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş 1265248.00 Rusiya rublu məbləğində mallar ölkəyə idxal edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etirazları yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "X1" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 1265248.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar **********1251 saylı yük gömrük bəyannaməsi əsasında ödənişin aparıldığı gündən 2 il müddət keçmədən ölkəyə idxal edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1415/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1415/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver