Məhkəmə qərarları › İş №3(002)-1418/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1418/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1418/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 11-ci PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X4 protoklu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 avqust 2022-ci il tarixdə polis bölməsinə dəvət edilmiş və sorğu-sual zamanı narkotik vasitə istifadə etdiyini bildirmişdir. Buna görə barəsində İXM-nin 206-cı maddəsinə əsasən 26 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, həmin protokolu Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı, polis kapitanı Əli Məmmədovun 01 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı əsasında tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X3 və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün Qaradağ RPİ-nin 11-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, təxminən altı aydır ki, arasıra narkotik maddə olan marixuana qəbul edir. 22 avqust 2022-ci il tarixdə Qobustan qəsəbəsində əvvəlcədən tanıdığı Qobustan sakini X6 ilə həmin qəsəbədə 32 nömrəli binanın yanında durarkən polis əməkdaşları onlara yaxınlaşaraq orada nə üçün dayandıqlarını soruşmuşlar. Onlar isə sadəcə söhbət etdiklərini dedikdə polis əməkdaşları onları bölməyə dəvət etmişlər. Bölmədə onların narkotik qəbul edib-etmədiklərini müəyyənləşdirmək məqsədilə narkotik dispanserə aparmaq qərarına gəlmişlər. Həmin dispanserdə müayinə zamanı isə onların narkotik vasitə qəbul etdiyi faktı aşkarlanmışdır. O, öz izahatında səhvini başa düşdüyünü, himayəsində bir azyaşlı uşağının olduğunu və törətdiyi əməldən peşiman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 27 sentyabr 2022-ci il tarixli, 5534 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəsətliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar