Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1418/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnik-leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası Babək rayonu Sirab kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialda və protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə saat 14:30 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 iyul 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnikleytenantı X2 öz izahatında protokol ilə əlaqədar bildirmişdir ki, Şəxs barəsində tərtib edilən raportu əsas götürərək 08 iyul 2025-ci il tarixdə, MN ******* saylı protokolda vətəndaş Şəxs 07 iyul 2025-ci il tarixdə saat 14:30 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyini, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmadığını qeyd etmişdir. O, həmin hadisənin şahidi olmamışdır. Lakin Şəxs barəsində keçirilən inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmədiyi, həmçinin Şəxs nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymama, yəni qəsdən tabe olmama hallarına yol vermədiyi müəyyən edilmişdir. Buna görə də, Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 07 iyul 2025-ci il tarixdə Sədərək Ticarət Mərkəzinin yanında idarə etdiyi “DAF” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısında dövlət qeydiyyat nişanı olmadığından Qaradağ Dövlət X5 əməkdaşları ona avtomobilini saxlamasını bildirmişlər. O, avtomobilini yolun kənarına verib saxlamışdır. Yol polis əməkdaşları ondan sənədlərini istəyən zaman o, etibarnaməsinin olmadığını bildirmişdir. Onu Bakı şəhəri Qaradağ Rayon Dövlət X8 aparmışlar. Övladı xəstə olduğundan Qaradağ Rayon Dövlət X4 əsəbi şəkildə hündürdən danışaraq “lənət olsun, nəyə görə belə oldu” sözlərini demişdir. Lakin hər hansı nalayiq, təhqiramiz ifadələr işlətməmiş və belə hərəkətlər etməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməsi hallarına yol verməmişdir. 08 iyul 2025-ci il tarixli MN ******* saylı protokolda qeyd edilənlərlə razı deyil. O, Qaradağ rayonu Lökbatan qəsəbəsində ucadan nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymama əməlini törətməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət X5 inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X3 izahatında bildirmişdir ki, 07 iyul 2025-ci il tarixdə Sədərək Ticarət Mərkəzinin yaxınlığında Şəxs idarə etdiyi “DAF” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı avtomobilini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə etdiyi üçün həmin nəqliyyat vasitəsi Bakı şəhəri Qaradağ Rayon Dövlət X5 əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs həm də nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi məlum olmuşdur. Bundan sonra Şəxs Bakı şəhəri Qaradağ Rayon Dövlət Polis Şöbəsinə getməsi bildirilmişdir. Şəxs etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Qaradağ Rayon Dövlət Polis Şöbəsinə getmişdir. Orada Şəxs əsəbi halda yüksəkdən “lənət olsun, niyə belə bir şey baş verdi” kimi ifadələr işlətmişdir. Şəxs kiməsə qarşı nalayiq hərəkət etməmiş və bu kimi ifadələr söyləməmişdir. Qaradağ DYPŞ-də Şəxs sakitləşdirmək istəsələr də, həmin şəxsi sakitləşdirmək mümkün olmamışdır. Şəxs əsəbi olmasının səbəbi həmin şəxsdən eşitdiyinə görə, övladının xəstəliyi, həmçinin avtomobilini dövlət qeydiyyat nişanı və etibarnamə olmadan idarə etməsi olmuşdur. Şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş 07 iyul 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan məsələ ilə əlaqədar 07 iyul 2025-ci il tarixdə saat 15:25-də inzibati qaydada tutulmuş və 08 iyul 2025-ci il tarixdə saat 10:55-də azad edilmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi və onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmadığından Şəxs əməlinə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1418/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1418/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver