Məhkəmə qərarları › İş №3(002)-142/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-142/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-142/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi X8 iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Lerik rayon Məhkəməsinin 2(048)-10/2024 saylı, 25 yanvar 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Lerik rayon Məhkəməsinin 2(048)-10/2024 saylı, 25 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahından olan 01 avqust 2006-cı il tarixdə anadan olmuş X9, 01 oktyabr 2009-cu il tarixdə anadan olmuş X16 və 16 mart 2018-ci il tarixdə anadan olmuş X17 adlı uşaqları anaları X2 yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay uşağa görə 160 manat olmaqla cəmi hər ay 480 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 12 fevral 2024-cü il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Azyaşlı uşaqlardan 01 avqust 2006-cı il tarixdə anadan olmuş X5 01 avqust 2024-cü ildə 18 yaşı tamam olduğu üçün aliment borcunun məbləği 320 manata endirilmişdir. Borclu aliment borcundan 2024-cü ilin sentyabr ayında min manat, oktyabr, noyabr, dekabr, yanvar aylarında üç yüz əlli manat ödəmiş, bu günə üç min beş manat borcu yaranmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 yanvar 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında borcunun icra şöbəsinə çağırılan vaxt vaxtında gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında göstərmişdir ki, ünvan 3 ünvanında övladları ilə birlikdə yaşayır. Şəxs aliment borcunu vaxtı-vaxtında tam ödəmədiyinə görə bu günə 3005 manat aliment borcu yaranmışdır. Özü aşpaz işləməklə uşaqlarını saxlamağa çalışır, lakin aldığı məvacib buna kifayət deyil. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının gedişində borclu Şəxs ilə razılığa gəlmişlər. Belə ki, borclu hər ay, hər ayın 25-nə kimi 350 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. O boşanmaya ərizə vermiş, lakin sonradan tələbkar ilə barışmış və birlikdə yaşamağa başlamışlar. Buna görə də aliment borcunun yığıldığından məlumatlı olmamışdır. O “ensefalopatiya tez-tez qıcaolma sindromu ilə, nevrostensiya keçirilmiş virus xəstəliyindən sonra yorğunluq sindromu”ndan əziyyət çəkir və Lerik rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar ağır işlərdə işləyə bilmir, ara-sıra yük boşaltmaqla məşğul olur. Bununla belə borcundan 2024-cü ilin sentyabr ayında min manat, oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar aylarında üç yüz əlli manat ödəmiş, bu günə üç min beş manat borcu yaranmışdır. O hal-hazırda tələbkarla aralarında müvafiq razılığa gəldiklərini, belə ki, hər ayın iyirmi beşində borcundan 350 manat ödəyəcəyini öhdəsinə götürdüyünü bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X12 borclunun hər ayın iyimi beşinə qədər aliment borcundan 350 manat ödəyəcəyini bildirərək onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclası gedişində tərəflər arasında aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar X6 şifahi vəsatətlə məhkəməyə müraciət edərək Şəxs ilə ralarında razılığıa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar