Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1421/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qərardan şikayət verən X1 etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 24 may 2025-ci il tarixli, EQ 28135138 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 24 may 2025-ci il tarixli, EQ 28135138 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 “Yük taksisi.Az’' MMC-də sürücü vəzifəsində işləyir. "SMSRadar“ mobil tətbiqindəki hesabına şirkətin sahibliyində və onun istifadəsində olan “Howo” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş (bildiriş və fotoşəkil əlavə edilir) gəlmişdir. Həmin bildirişdən aydın olur ki, xx.xx.2025-ci İl tarixdə, saat 11:23 radələrində “Howo” markalı **-JM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsində, Ələt istiqamətində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə barəmdə EQ28135138 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “SMSRadar” mobil tətbiqindən daxil olan fotoşəkildən görünür ki, həmin nəqliyyat vasitəsinin yüklə birlikdə maksimum kütləsi 40 (qırx) ton olmalı olduğu halda, 74560 (yetmiş dörd min beş yüz altmış) kq olmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci İl tarixli, EQ28135138 nömrəli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Sözügedən nəqliyyat vasitəsi zavod istehsalı olaraq, hər hansı əlavə quraşdırma və yarımqoşqu əlavə olunmadan belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 İyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərimə uyğun olmayan nəqliyyat vasitəsdir. Belə ki, təcrübədə bu nəqliyyat vasitəsi “Dayman” adlandırılır, qabarit və çəki parametrlərinə görə bu nəqliyyat vasitəsi həddindən artıq böyükdür. Bu tip nəqliyyat vasitəsinin təyinatı olduqca uzun, enli və xüsusi ağır çəkili yüklərin daşınması üçündür. Odur ki, bu nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yollan ilə hərəkəti üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydasf’na uyğun olaraq xüsusi İcazə alınmalı idi. Bu Qaydanın 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarmı həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə hərəkəti qadağandır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən beynəlxalq və ölkədaxili yük daşımalarım yerinə yetirən nəqliyyat vasitələri İlə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin, habelə bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilmişdir. AYNA həmin nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün xüsusi icazə alınmalı olduğunu bildirmişdir. Sözügedən nəqliyyat vasitəsinə xüsusi icazə alınması üçün tərəfimizdən AYNA-ya müvafiq müraciət ünvanlanmış və xüsusi icazələr alınmışdır. Yuxanda göstərilənlər təsdiq edir ki, adıçəkilən pozuntu ilə bağlı barəmdə İXM-in 353.2-ci maddəsi ilə deyil, 352.0.12-ci maddəsinə əsasən qərar qəbul edilməli idi. İXM-in 352.0.12-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollan və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə şəxslər inzibati qaydada məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq xahiş edir ki, “Howo” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İXM-in 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı (EQ********) ləğv edilsin. Bu əməlin törədilməsinə görə barəsində İXM-in 352.0.12-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətə uyğun izahat vermiş və bildirmişdir ki, “Howo” markalı **-JM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi qabarit, çəki və parametrlərinə görə həddindən artıq böyükdür. Qərara əlavə edilmiş avtonəqliyyat vasitəsinin şəklindən də görünür ki, həmin nəqliyyat vasitəsi avtoqatar tiplidir. Odur ki, həmin nəqliyyat vasitəsinin hərəkəti üçün Nazirlər Kabinetinin qərarına əsasən xüsusi icazə tələb edilir. Qeyd edilən xüsusi icazə AYNA-nın sisteminə daxil olmaqla alınmışdır. Həmin xüsusi icazələrdə nəqliyyat vasitəsinin kütləsi ilə birlikdə 59.800 tona qədər icazə verilməsi qeyd edilir. Hesab edir ki, belə olan halda “Howo” markalı **-JM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi xüsusi icazə əsasında idarə edilən nəqliyyat vasitəsi olduğundan Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsinə əsasən cərimə tətbiq edilməli idi. Odur ki, məhkəmədən qərarın ləğv edilməsini və İXM-nin 352.1.12-ci maddəsinə əsasən cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini BDYPİ-nin EQ 28135138 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “Howo” markalı **-JM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində Ələt istiqamətində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsinə yol vermişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş “İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair” 3838 nömrəli xüsusi icazəyə əsasən xx.xx.2025-ci il tarixdə HOWO ZZ4257V324HE1B, 99JM019, ALTİNORDU, YARİMQOŞQU, 99YX542 dövlət qeydiyyat nişanlı avtoqatarın (yükün çəkisi 40000 ton, ümumi kütləsi 59800 ton olmaqla) hərəkəti üçün 30 gün müddətinə xüsusi icazə alınmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələri ilə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin, habelə bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayət verən şəxsin müdafiəçisinin izahatını araşdıraraq hesab edir ki, X1 barəsində DİN-in BDYPİ tərəfindən EQ 28135138 nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilələrək yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi AYNA-dan verilmiş xx.xx.2025ci il tarixli 3838 nömrəli xüsusi icazədən aydın olur ki, qeyd edilən nəqliyyat vasitəsi avtoqatar tipli Howo ZZ4257V324HE1B, ALTİNORDU YARİMQOŞQU nəqliyyat vasitəsi olmuşdur. Məhkəmə hesab edir ki, X1 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, X1 iştirakı təmin edilməmiş, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin müdafiəçisi Vəkil avtonəqliyyat vasitəsinin xüsusi icazəsi olmamasına görə cərimə edilməsi barədə qeyd edilən arqumentinin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X5 İdarəsinin EQ 28135138 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sisteminə göndərilməlidir Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 28135138 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1421/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1421/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver