Məhkəmə qərarları › İş №3(002)-1425/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1425/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1425/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı»-nın etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı»-nın İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı»-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 24 iyun 2025-cü il tarixli, 00800-00844/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3100/021/015478 nömrəli raporta əsasən hüquqi ünvanı AZ1083, Bakı şəhəri Qaradağ rayonu, ünvan 4 olan “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********4734 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 253.20 Sinqapur dolları məbləğində xarici valyuta vəsaitinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanına (AZ1083, Bakı şəhəri Qaradağ rayonu, ünvan 22-002024/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur. Hüquqi şəxsin hər hansı nümayəndəsi üzrlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli **********4734 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində ümumilikdə 253.20 Sinqapur dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xarici valyuta vəsaitinin xaricdən qaytarılması təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2024-cü il tarixli **********4734 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Belə ki, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (Satıcı) ilə müvafiq İraqda fəaliyyət göstərən “Erbil Pioneer for Supplies of Oilfield” LTD şirkəti tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (253.20 Sinqapur dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan Sinqapur dollarının rəsmi məzənnəsinə (1 Sinqapur dolları = 1.2848 AZN) uyğun olaraq dəyəri 325.31 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3100/021/015478 nömrəli raport, xx.xx.2024-cü il tarixli **********4734 sorğu nömrəli gömrük bəyannaməsi, VAİS informasiya resursuna baxış protokolu və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Hüquqi şəxs: “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı – ********** eyniləşdirmə nömrəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət reyestrində hüquqi ünvanı AZ1083, Bakı şəhəri Qaradağ rayonu, ünvan 3 qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı»-nın etibarnamə üzrə nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, 01 noyabr 2024cü il tarixdə, qalvanizasiya üçün tərkiblər Hava Nəqliyyatında Baş Gömrük İdarəsi vasitəsilə İraq Respublikasına ixrac edilmişdir. İraq Respublikasında ölkədən çıxarılan valyutaya limit qoyulduğudan protokolda göstərildiyi kimi pul məbləği onlara ödənilməmişdir. Nəticədə yuxarıda göstərilən inzibati xəta törədilmişdir. Odur ki, təmsil etdiyi şirkətin törətdiyi inzibati xətanı etiraf edərək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1083, Bakı şəhəri Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı» (VÖEN: **********) 24 iyun 2025-cü il tarixli, 00800-00844/25 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyəri olan 253.20 (iki yüz əlli üç dollar, iyirmi sent) Sinqapur dolları məbləğinin qırx faizi miqdarında, yəni 101.28 (yüz bir dollar iyirmi səkkiz sent) Sinqapur dolları məbləğində (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar