Məhkəmə qərarları › İş №3(002)-1426/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1426/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1426/2021 30.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli 30 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 28.08.2021-ci il tarixdə X3 məxsus Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 32 ünvanında olan evinin 10 ədəd pəncərəsinin sındırılmasını bildirilmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Məhəkəməyə təqdim olunmuş MN seriyalı ******* nömrəli 30 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 28 avqust 2021-ci il tarixdə vətəndaş X1 yaşadığı ünvan 1 ünvanında yerləşən evinin pəncərələrini sındıraraq sonuncuya 1000 AZN maddi ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş zərərçəkmiş şəxs X2 vurulmuş maddi ziyanın məbləğinin 1000 manat olmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Halbuki, İXM-232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, sonuncunun mənafeyini təmsil etmək üçün səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən sonuncuya qanuni nümayəndə təyin edilmədən və bu barədə müvafiq qərar qəbul olunmadan sonuncunun hüquqları pozulmuşdur. Halbuki qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və natamamlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması qeyri mümkün olduğundan protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-si maddələrini maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada alındı vaxtdan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar