Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1426/2024 21.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X13 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən, 01 mart 2011-ci il təvəllüdlü X10, 24 fevral 2012-ci il təvəllüdlü X7 və 23 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 fevral 2017-ci il tarixdən başlayaraq Şəxs X9 xeyrinə hər ay hər uaşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, 23 oktyabr 2016-cı il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 2017-ci ildə tutularaq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2019-cu ildə azadlığa çıxmışdır. Cəzadan azad olunduqdan sonra aliment borcları yığıldığına görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Bundan sonra tərəflər təkrar bir yerdə yaşdıqlarından tələbkar X16 tərəfindən onlara hər hansı bir şikayət daxil olmmamışdır. Bundaa sonra tələbkar 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət edərək borclu Şəxs ilə birlikdə yaşadıqlarını, aralaraında razılıq əldə olunduğunu və bu səbəbdən onun barəsində heç bir tədbir görməməklə icra sənədinin icraatının dayandırlmasını xahiş etmişdir. Nəticədə 20 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul olunaraq ona əlavə edilmiş məlumatla birlikdə tərəflərə göndərilmişdir. Bundan sonra 02 may 2023-cü il tarixdə tələbkar X16 yenidən Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək borclu Şəxs ilə aralarında əvvəllər razılıq əldə olunsa da, bu yaxınlarda onu döydüyünü, bıçaqla hədə-qorxu gəldiyini, ailəsinə baxmadığını və aliment borcundan heç bir ödəniş etmədiyini qeyd edərək icraatın təzələnməsini xahiş etmişdir. 03 may 2023-cü il tarixdə icraat təzələnmişdir. Nəticədə 19 may 2023-cü il tarixdə Şəxs icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, ona xəbərdarlıq edilmiş və icraat təzələnmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X3 03 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir. Bundan sonra Qaradağ rayon icra şöbəsinin 27 noyabr 2023-cü il tarixli qərarına əsasən yuxarıda qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu 15 aprel 2024-cü il tarixədək Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə kimi işlədiyi üçün aliment borcu onun əmək haqqına yönəldilmiş və hər ay əmək haqqının 70%-i tutulmuşdur. Borclu işdən çıxdıqdan sonra aliment borcundan müəyyən ödənişlər etsə də hazırda onun ümumilikdə 34879,78 manat aliment borcu yaranmışdır və hal-hazırda borclu tərəfindən aliment borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Buna görə də borclu barəsində İXMnin 528.1-ci maddəsi ilə 16 may 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X16 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən ona üç uşağa görə 411 manat aliment kəsilmişdir. 12 iyul 2021-ci il tarixdə X8 doğulub və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdən başlayaraq Tunarın 03 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2019-cu ilin aprelin 18-dən təkrar birlikdə yaşamağa başlamışlar. Həmin vaxtlar aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru Şəxs tez-tez icra şöbəsinə çağırdığından 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət etmiş, lakin aliment borcundan imtina etməmişdir. Borclu işdən çıxmamışdan əvvəl borc onun əmək haqqına yönəldilmiş və hər ay təxminən 326 manat pul tutulmuşdur. Lakin borclu 15 aprel 2024-cü il tarixdə işdən çıxmış və bundan sonra ümumilikdə təxminən 300 manat ödəniş etmişdir. Hal-hazırda himayəsində olan dörd azyaşlı uşağı saxlamaqda çox böyük çətinlik çəkir. Yaranmış aliment borcunun dərhal ödənilməsini, bu baş vermədikdə isə borclunun ağır formada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Təqribən 2010-cu ildən X16 ilə qeyri-rəsmi birlikdə yaşayırlar. Qeyri-rəsmi nikahlarından 01 mart 2011-ci il təvəllüdlü X17, 24 fevral 2012-ci il təvəllüdlü X14, 23 oktyabr 2016-cı il təvəllüdlü X11 və 12 iyul 2021-ci il tarixdə X8 dünyaya gəlmişdir. 2017-ci ildə CM-nin 126.1-ci maddəsi ilə üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra əfvə düşmüş və cəzadan azad edilmişdir. 06 may 2019-cu il tarixdə Qaradağ rayon Məhkəməsinin 3(002)-675/2019 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra X16 ilə təkrar birlikdə yaşamağa başlamış və 12 iyul 2021ci il tarixdə Tunar adlı bir uşaqları da doğulmuşdur. Həmin müddət ərzində X2 rayon İcra Şöbəsinə gedərək aliment borcu ilə bağlı icraatın dayandırılmasını xahiş etmişdir. O bu xahişi aliment borcundan imtina kimi başa düşmüş və zənn etmişdir ki, aliment bocu daha yaranmayacaqdır. 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə kimi işə düzəlmiş və hər ay əməkhaqqının 70 faizi, yəni təxminən 326 manat aliment borcuna yönəldilmişdir. Lakin 15 aprel 2024-cü il tarixdə işdən azad edilmişdir. Bundan sonrakı iki ay ərzində təxminən 300-350 manat məbləğində ödəniş etmişdir. O aliment borcunun ödənilməsindən imtina etmir. Lakin hal-hazırda heç bir gəliri olmamaqla fəhləliklə məşğul olur. Şərait yaradılacağı təqdirdə aliement borcundan kifayət qədər ödənişlər edəcəkdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 16 may 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 21 iyun 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov