Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-143/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, Qaradağ RPİ-nin X12 X6 Hadisələri üzrə baş inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən o, İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və onun əsasında qəbul edilmiş qərarla razılaşmayaraq qeyd etmişdir ki, həmin qərarda göstərilənlərə əsasən o, xx.xx.2024-cü il tarixdə saat 08:15-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuşdur. Lakin, o heç bir qanun pozuntusuna yol verməmiş, əksinə Belə ki, həmin gün "Sanqyonq" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni hərəkət istiqamətində ondan qarşıda hərəkət edərkən yol buzlu olduğundan idarə etməni itirmiş, həmin nəqliyyat vasitəsi olduğu istiqaməti dəyişərək onun avtomobili ilə qarşı-qarşıya dayanmış və həmin vaxt toqquşma baş vermişdir. Həmin vaxt o, heç bir qanun pozunutusu etməmiş, qarşıdan gələn avtomobilin sürücüsünün təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin gün yol buzlu olmuş və o, avtomobilin aşağı surətlə idarə etməklə ara məsafəsini gözləmişdir. Qərarda isə məhz onun əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydalarını pozduğu qeyd edilmişdir. O, öz öz yolunda hərəkətdə olmuşdur, heç bir manevr etməmişdir. Lakin, onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli hesab edilmiş və barəsində inzibati cərimə tənbehi təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə "Sanqyonq" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobil ilə eyni hərəkət istiqamətində qarşısında hərəkət edərkən yol buzlu olduğundan idarə etməni itirmiş, onun avtomobili ilə qarşıqarşıya dayanmış, toqquşma baş vermişdir. Həmin vaxt o, heç bir qanun pozunutusu etməmiş, qarşıdan gələn avtomobilin sürücüsünün təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin gün yol buzlu olmuş və o, avtomobilin aşağı surətlə idarə etməklə ara məsafəsini gözləmişdir. Hadisə zamanı avtomobillər toqquşduqdan sonra yolun buzlu olduğunu nəzərə alaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamaq məqsədilə avtomobilini yol ayrıcından kənara çəkmiş, lakin, nəqliyyat hadisəsinin baş verdiyi yerdə təkər izləri mövcud olmuş və o, mobil telefonu vasitəsilə qeydə almışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, hadisə anında önündə olan avtomobilə toxunmamış, əksinə həmin avtomobil sürüşmüş, yolun hərəkət istiqamətinin əksinə dayanmış və onun maşınını zədələmişdir. Hadisə anında o, öz avtomobilini digər avtomobildən toqquşmadan qorumaq məqsədilə kənara çəkmək istəsə də buna nail ola bilməmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb onun qarşıda hərəkətdə olan nəqliyyat vasitəsindən ara məsafəsini gözləməməsi olmuşdursa, o, halda həmin nəqliyyat vasitəsi ilə dayandıqdan sonra deyil, sürüşmə baş verdiyi anda toqquşma baş verməli idi. Sığorta şirkəti ilə əlaqə yaratdıqda isə onların hadisə yerinə gəlişi təmin edilməmiş, həmçinin ona dəyən ziyanın əvəzi də şirkət tərəfindən qarşılanmır. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən sadəcə izahatlar alınmaqla işin araşdırılması yekunlaşdırılaraq barəsində əsassız qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin X12 X6 Hadisələri üzrə baş inspektoru, baş polis leytenantı X2 izahatında bildirmişdir ki, T.Mirişovun polis idarəsində verdiyi izahatda "SANQYONQ" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti zamanı sürüşərək onun avtomobilinin qarşısında dayandıqda o, nəqliyyat vasitəsini toqquşmadan qorumaq məqədilə yol ayrıcından kənara çəkmək istəyərkən toqquşma baş verdiyini qeyd etmişdir. T.Mirişov yol hərəkəti qaydalarına uyğun olaraq hava şəraitini nəzərə almadan qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi ilə ara məsafəsini gözləmədiyi üçün həmin nəqliyyat vasitəsinin qəfil sürüşməsi baş verdikdə öz nəqliyyat vasitəsini dayandırmaq imkanı olmamışdır. Avtomobillər arasında ara məsafə uyğun seçilmədiyindən hərəkətsiz maneənin istənilən istiqamətindən toqquşma qaçılmaz olmuşdur. Göstərilənləri nəzərə alaraq, qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 08:15-də Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli T.F.Mirişovun Qaradağ RPİ DYPŞ-də verdiyi izahatından görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Sanqyonq" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol buzlu olduğundan idarəetməni itirərək yerində fırlanmış və onun avtomobili ilə qarşı-qarşıya dayanmışdır. O, öz avmobilini kənara çəkmək istəyərkən "SANQYONQ" markalı avtomobillə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Q.F.Şərifovun Qaradağ RPİ DYPŞ-də verdiyi izahatından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "Sanqyonq" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən buzlu yolda sürüşmüş və fırlanaraq əks istiqamətdə dayanmışdır. Arxasında gələn "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ara məsafə saxlamadığı üçün onun dayanmış vəziyyətdə olan avtomobili ilə toqquşmuşdur. Məhkəmənin 31 yanvar 2024-cü il tarixli iclasında təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iİş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il 8/539 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “Toyota Harrier” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sanqyonq” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin, toqquşmanın “Sanqyong” markalı avtomobilin dayanmış vəziyyətində baş verməsi nəzərə alınmaqla sürücü Q.F.Şərifovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:15-də Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, T.Mirişovun şikayətinin dəlillərini işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə, ekspert rəyinə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi T.Mirişov xx.xx.2024-cü il tarixdə saat 08:15-də Lökbatan qəsəbəsi, 2-ci Mədən küçəsində "X9" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuş və nəticədə inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində də qeyd olunduğu kimi "Toyota Harrier" markalı nəqliyyat vasitəsinin sürücüsü T.F.Mirişov hərəkət sürətindən və yol şəraitindən asılı olaraq qarşıda eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan “Sanqyonq” markalı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamadığından onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sol hissəsi dayanmış vəziyyətdə olan “Sanqyonq” markalı nəqliyyat vasitəsinin qabaq sol hissəsi ilə toqquşması baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin X11 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin X11 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-143/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-143/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver