Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-143/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə ona 800 manat məbləğində inzibati cərimə növündə tənbeh təsdiq edilmişdir. 28.12 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə mülki işçisi olan, X4 əmək hüquqlarının pozulmaqla əmək haqqı ödənişlərinin düzgün icra etməməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbləri pozulub və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahə və qanunvericilik aktlarının normalarına və prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işə baxılması haqqında bildirişlər və protokolun nüsxəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olduğundan tərəfindən inzibati xəta haqqında aparılan inzibati araşdırma prosesində iştirak etməyi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ünvanlanan bildiriş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-91072/2024 nömrəli, ikinci bildiriş xx.xx.2024-cü il tarixli, 3- 17-5/2-95436/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 95374/2024 nömrəli xaric olma ilə qeydiyyatdan keçirilsə də N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 5/2-98341/2024 nömrəli xaric olma ilə qeydiyyatdan keçirilsə də N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. N nömrəli hərbi hissənin sabiq mülki işçisi X4 şəxsi hesab cədvəlindən göründüyü kimi, sonuncuya qanunamüvafiq ödənişlər olunmuşdur. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə təqsiri sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək, bildirdi ki, o, N aydır N saylı hərbi hissənin komandiri vəzifəsində çalışır. X6 ştat ixtisarına düşməsindən narazı qaldığı üçün şikayət vermişdir. 2024-cü ilin dekabr ayında barəsində icraat başlansa da, bu barədə ona məlumatı o, 8 yanvar 2025-ci il tarixdə almışdır. Barəsində tətbiq olunmuş cərimədən sonradan məlumat almışdır. Onun iştirakı təmin olunmadan aparılmış araşdırma və qəbul edilmiş qərardan narazı qaldığını nəzərə alaraq, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq şikayət vermiş şəxs X3 bildirmişdir ki, işçilərin maliyyə məsələləri məhz Azərbayacan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tənzimlənir və həll edilir. Bu məsələnin həlli Hərbi Dəniz Qüvvələrinə aid deyildir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 bildirdi ki, şikayət vermiş şəxs qanunamüvafiq qaydada həm bildiriş, həm zəng vasitəsilə araşdırma prosesinə dəvət edilsə də, sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə şikayət ərizəsini, proses iştirakçılarının izahatlarını və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 işçinin əmək və məzuniyyət haqlarının, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərin N nömrəli hərbi hissəyə daxil olma tarixlərindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-5/2-91072/2024 nömrəli birinci bildiriş, xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 95436/2024 nömrəli ikinci bildiriş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşlar. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar N nömrəli hərbi hissəyə yalnız xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 197 saylı əmrdən çıxarışa əsasən kəşfiyyat şöbəsinin tərcüməçisi, mülki işçi X7, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) 10 iyul 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü bəndinə əsasən xx.xx.2024 – xx.xx.2024-cü iş ili üçün 30 təqvim günü hesabından 12 təqvim günü müddətində əvvəlcədən istifadə olunmuş məzuniyyətin pulu tutulmaqla və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əməkhaqqının 2,0 misli miqdarında pul kompensasiyası ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır Belə ki, səlahiyyətli orqan tərəfindən sözügedən X3 barəsində verilən şikayətə dair araşdırılma aparılmadan, ehtimallar əsasında sonuncu barəsində əsassız tənbeh tətbiq edilmişdir. Həmçinin, X2 ünvanlanmış inzibati icraata başlanılması barədə xəbərdarlıq məktubları, o cümlədən inzibati xəta haqqında protokol vəzifəli şəxsin çalışdığı hərbi hissənin ünvanına xx.xx.2025-ci il tarixdə çatdırıldığı sübut edilmişdir. Bununla da inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilənədək aparılmış araşdırmada X1 iştirakının təmin edilmədiyi və müvafiq sübutları təqdim edə bilməməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati icraat birtərəfli qaydada aparıldığından X3 öz hüquqlarını müdafiə etməkdən məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati icraata başlanılması barədə xəbərdarlıq məktubları, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-143/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-143/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver