Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1431/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Zəngilan rayonu, Məlikli kəndində ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva X7 rayon Məhkəməsinin 2(002)-1022/2023 saylı, 26 aprel 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1022/2023 saylı, 26 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 3090 manat məbləğində borc pul vəsaitinin və 50,9 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 06 iyun 2023-cü il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 09 iyun 2023-cü il tarixdə Qaradağ rayon icra şöbəsində iltizam yazaraq X4 olan borcundan 20 iyun 2023-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsinə gələrək ödəniş edəcəyini bildirmişdir. Lakin iltizama əməl etməyərək heç bir ödəniş etməmişdir. 18 iyul 2023-cü il tarixdə Qaradağ rayon İcra şöbəsində verdiyi izahatında Qobu Park 2 Y/K-da Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işlədiyini və borcun maaşına yönəldilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında borclu tərəfindən borcundan 500 manat ödəniş edilmişdir. Bundan əlavə tərəfindən araşdırma aparılarkən məlum olmuşdur borclu hər ay "xxxx"a 187 manat ödəniş edir və həmin banka 3521 manat borcu qalmışdır. Qeyd olunan borc onun əmək haqqından hər ay tutulur. Tələbkar borcunu tam tələb etdiyindən borcun tutulmasını borclunun əmək haqqına yönəltməmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 18 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1022/2023 saylı, 26 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən bu günədək borclu borcunun ödənilməsi ilə bağlı dörd dəfə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Hal-hazırda, yəni məhkəmə iclasının gedişində borclunun təklif etdiyi 500 manatı qəbul etsə də, borclunun barəsində həbslə bağlı olan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Özü ankoloji xəstə olmaqla dəfələrlə əməliyyat olunmuşdur. Qobu Park 2 Y/K-nin Mənzil İstismar İdarəsində fəhlə işləyir və 312 manat maaş alır. Bundan başqa hər hansı bir gəliri və ya qazancı yoxdur. "xxxx" ASC-yə borcu oluğundan, borc məbləği maaşına yönədilmiş və hər ay maaşından 187 manat bankın xeyrinə ödənilir. Maaşının qalan hissəsinin isə X4 ödənilməsinə heç bir etirazı yoxdur. Bundan başqa məhkəmə iclasının gedişində 500 azn məbləğində pulu da borcundan ödəmişdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu Qobu Park 2 Y/K-nin Mənzil İstismar İdarəsində fəhlə işləyir və 312 manat maaş alır. "xxxx" ASC-yə hər ay maaşından 187 manat bankın xeyrinə ödənilir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Məhkəmə gedişatı dövründə borclunun borcundan 500 manat ödəniş etməsi də bir daha bunu təsdiq edir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1431/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1431/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver