Məhkəmə qərarları › İş №3(002)-1434/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1434/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1434/2021 22.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu kimi göstərilməsinə baxmayaraq, sonuncunun faktiki fəaliyyət göstərdiyi ünvan ünvan 3arixli icarə müqaviləsi və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(002)-1324/2021 nömrəli qərarı ilə təsdiq olunur. Göstərilənləri nəzərə alaraq Petrokim MMC barəsində tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin vəsatəti təmin edilməli və Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş 05 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şəxs MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvan ünvan 4i Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu məcəllənin 110-cu maddəsinə əsasən müvafiq olaraq işin aidiyyati üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, «Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 vəsatəti əsaslı olduğundan təmin edilməli və Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci madələrini rəhbər tutaraq QƏRARA ALDİ : Vəsatət təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar