Məhkəmə qərarları › İş №3(002)-1434/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1434/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1434/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3439/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-3439/2022 saylı, 16 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən 23 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, alimentin məbləğinin 27 aprel 2022-ci tarixdən hesablanması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 20 iyun 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini 2022-ci ilin sentyabr, oktyabr, noyabr aylarında, 2023-cü ilin isə yanvar ayında icra edərək indiyədək yığılmış 2895 manat aliment borcundan 1314 manat ödəniş etmiş, 1581 manat aliment borcu isə qalmaqdadır. O öz izahatında onu da qeyd etmişdir ki, borclunun müvafiq işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 müraciət etmiş, Agentliyin Bakı Regional Məşğulluq Filialından İcra Şöbəsinə ünvanlanmış məktubda borclunun Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatının mövcud olmadığı və ona Filiala və ya 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməsi və vakansiyalarla tanış olması tövsiyyə olunmuşdur. Borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmədiyinə görə Qaradağ rayon Məhkəməsinə vəsatət verilmiş və Qaradağ rayon Məhkəməsinin 8(002)-160/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərardadına əsasən Şəxs Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərar alınmışdır. Bundan sonra borclu İcra Şöbəsinə yaxınlaşaraq izahat vermiş, hələki işləyə bilmədiyini və bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Bundan əlavə İcra məmuru tələbkar X6 ilə telefon vasitəsilə əlaqə saxladığını, tələbkarın məhkəmə iclasına yolun uzaq olması səbəbindən gələ bilmədiyini, lakin borclunun inzibati qaydada həbs olunmasını tələb etdiyini bildirmişdir. Bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, icra sənədini 2022-ci ilin sentyabr, oktyabr, noyabr aylarında, 2023-cü ilin isə yanvar ayında icra edərək indiyədək yığılmış 2895 manat aliment borcundan 1314 manat ödəniş etmiş, 1581 manat aliment borcu isə qalmaqdadır. Bu yaxınlarda işdə yıxılmış və ayağının ön çarpaz bağı qopmuşdur. Nəticədə işləyə bilməmiş və müvafiq ödənişləri edə bilməmişdir. Bundan əlavə “DOST” mərkəzinə və X2 Bakı Regional Məşğulluq Filialına işlə bağlı müraciət etmiş, ona müvafiq kursu bitirdikdən sonra işlə təmin olunacağı bildirilmişdir. O hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 18 iyul 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən saat 17:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar