Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1438/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X1 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-913/2022 saylı, 06 may 2022-ci il tarixli, 2(002)-179/2022 saylı, 02 fevral 2022-ci il tarixli, 2(002)-725/2022 saylı, 25 fevral 2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-913/2022 saylı, 06 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 30.000 manat məbləğində icarə haqqı və iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq iddiaçı X10 ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-179/2022 saylı, 02 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə cavabdeh X2 4094 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-725/2022 saylı, 25 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X6 xeyrinə 210 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 240 manat pul borcunun tutulması qət edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərarlar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmiş və hər üç icra işi bir icraatda birləşdirilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində 28 may 2022-ci il tarixdə Qaradağ rayon Polis İdarəsində mülki iş üzrə 30432/22 qeydiyyat nömrəli “mülki axtarış işi” açılmışdır. Bundan başqa borclunun Lənkəran rayonu ərazisində cinayət hadisəsi törətməsinə görə Lənkəran rayon Məhkəməsi tərəfindən barəsində Lənkəran ŞRPŞ-də CM-nin 178.1-ci maddəsi ilə axtarış işi açılmış, 06 may 2023-cü il tarixdə Masallı rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Borclu hər üç icra sənədi ilə bağlı indiyədək heç bir ödəniş etməmişdir. Nəticədə bu gün, yəni 20 iyul 2023-cü il tarixdə sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 20 iyul 2023cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclunun himayəsində həqiqətən də azyaşlı uşağının olub-olmaması barədə onda heç bir məlumat yoxdur. Belə ki, Elektron İcra İnformasiya Sistemində bu haqda məlumat aşkar edilmir. Borclunun himayəsində faktiki olaraq həqiqətən də azyaşlı uşağının olub-olmamasını dəqiq deyə bilmir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 öz izahatında bildirmişdir ki, borclu ondan qızıl-zinət əşyaları aldığına görə 4094 manat borcu yaranmışdır. Lakin indiyədək borcundan heç bir ödəniş etməmişdir. O hal-hazırda borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X15 öz izahatında bildirmişdir ki, borclun ondan “massaj” aparatlarını icarəyə götürmüş, bundan sonra yalnız bir dəfə 1000 manat ödəniş etmişdir. Borclu nə aparatların icarə haqqını ödəyir, nə də aparatları qaytarmır. O hal-hazırda borclunun qeyd olunan borc məbləğini, yəni 30.000 manatın dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır, subaydır, himayəsində bir azyaşlı oğlu var. Lakin müvafiq sənədləşmə işləri ilə əlaqədar oğlunun doğum haqqında şəhadətnaməsini almamış, məhkəmə tərəfindən vaxt veriləcəyi təqdirdə bu barədə sənədi məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. İndiyədək və hal-hazırda hər hansı bir rəsmi iş yeri və ya qazancı olmamışdır. X4 borcunu etiraf edir, lakin bu borc məbləği sözügedən massaj aparatlarının alınması nəticəsində yaranmışdır. Yəni, o, həmin aparatları icarəyə götürməmişdir. Hal-hazırda da aparatları tələbkara qaytarmağa hazırdır. Sentyabr ayının onu və ya on beşi aralığında borcunu tam şəkildə ödəyəcəkdir. X8 isə hər hansı bir borcu yoxdur. Belə ki, sonuncu onun şəxsiyyət vəsiqəsini oğurlayaraq onun adından saxta qızıl zinət əşyaları qoyaraq pul götürmüşdür. Qeyd olunanların nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarların, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borclarından xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını, eləcə də bu işlə bağlı ilk dəfə məhkəmə məsuliyyətinə verilməsini və yaranmış borcundan qısa müddətdə ödənişlər etməyə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1438/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1438/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver