Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1438/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştrakları ilə, X1, DİN-in BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş 06 iyun 2025-ci il tarixli, EQ 28400270 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPi-nin 06 iyun 2025-ci il tarixli, EQ 28400270 saylı elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 3(011)-4401/2025 saylı qərardadına əsasən X1 Baş Dövlət Yol Polisi İdarəsinin X4nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, 06 iyun 2025-ci il tarixdə, Qurban bayramı günü “Binə” TM-nin qarşısında adamlar yolun ortasında toplaşmışdır. Oradan keçəndə tıxac olmuş və tanımadığı bir şəxs maşının qapısını açmış və bağlamışdır. Buna görə də ona 346.4-cü maddsəinə əsasən EQ28400270 saylı protokol tərtib edilmişdir. Maşına kimsə nə minməmiş, nə də düşməmişdir. Odur ki, barəsində qəbul edilmiş EQ28400270 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün, yəni 06 iyun 2025-ci il tarixdə, Qurban bayramı günü özünə məxsus “Toyota Land-Cruiser-Prado” minik markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Binə”TM-nin qarşısından Salyan rayonu istiqamətində gedirmiş. O yolu sağ tərəfə dönərkən tanımadığı bir şəxs avtomobilin qapısını açaraq onu ailəsi ilə birlikdə Qobustan qəsəbəsinə aparmasını xahiş etmişdir. O taksi fəaliyyəti ilə məşğul olmadığını bildirərək yoluna davam etmişdir. Bu zaman o avtomobildə tək olmuş, avtomobilə heç kim minməmiş və ya kimsə avtomobildən düşməmişdir. Bunu şikayətə əlavə etdiyi fotoşəkillər də sübut edir. Odur ki, 06 iyun 2025-ci il tarixli, EQ 28400270 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN BDYPİ-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 iyun 2025-ci il tarixli, EQ 28400270 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 06 iyun 2025-ci il tarixdə, saat 15:40-da Bakı Salyan yolunun 14-cü kilometrində, “Binə” TM-nın qarşısında idarə etdiyi "Toyota Land-Cruiser Prado minik" markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəfin mübahisələndirmədiyi fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X2 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş 06 iyun 2025-ci il tarixli, EQ 28400270 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1438/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1438/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver