Məhkəmə qərarları › İş №3(002)-1439/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1439/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1439/2023 21.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(002)-219/2023 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs maddi zərərə görə 1060 manat, servis xidmətinə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 29 manat olmaqla, cəmi 1139 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən hazırki tarixə ümumilikdə 1139 manat borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin 20 iyul 2023-cü il tarixli iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 1139 manat borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, qeyd olunan icra sənədindən xəbərdardır, işləmədiyi üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Lakin, məhkəmə tərəfindən ona qısa müddətli vaxt verildiyi halda o, borcunun bir hissəsinin ödənişini həyata keçirəcək. Borclunun vəsatəti əsasında 21 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında tələbkarın xeyrinə 250 manat ödəniş olunmuşdur. Bundan əlavə tələbkar və borclu məhkəməyə müraciət edərək, borcun ödənilməsi istiqamətində ümumi razılığa gəldiklərini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.R.Hümmətov öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(002)-219/2023 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs maddi zərərə görə 1060 manat, servis xidmətinə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 29 manat olmaqla, cəmi 1139 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməli olsa da, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Lakin, məhkəmə iclasında tələbkar izahatında bildirmişdir ki, o, borclu tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş tam borcun deyil 500 manatının ödənilməsinə razılaşmışdır. Belə ki borclu tərəfindən ona hazırkı məhkəmə iclasında 250 manat ödənildiyini, 250 manatın 10 avqust 2023-cü ildə ödənilməsi ilə bağlı razılığa gəldiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(002)-219/2023 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs maddi zərərə görə 1060 manat, servis xidmətinə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 29 manat olmaqla, cəmi 1139 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(002)-219/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, borclu barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(002)-219/2023 nömrəli icra sənədini icra etmədiyindən 1139 manat borcu yaranmışdır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, E.R.Hümmətov ilə öz aralarında razılığa gələrək ona olan borcundan 250 manatı ödəyəcəyini, qalan 250 manatı isə 10 avqust 2023-cü il tarixdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Tələbkar yerdə qalan borcun 639 manatını ondan tələb etməyəcəyini bildirmişdir. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs ona 250 manat ödəmiş, 10 avqust 2023-cü ildə isə əlavə 250 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. O, tələbkar olaraq qalan 639 manat borcu ondan tələb etməyəcəyini bildirmişdir. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.https://www.eqanun.az/framework/46960 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulduğu kimi Şəxs tərəfindən inzibati xətanın qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə ümumilikdə 250 manat ödəniş olunmuşdur. Əvvəlki aylarda ödəniş edə bilməməsinə səbəb isə onun işsizliyi olmuş və bu hal iş üzrə tələbkar tərəfə də məlum olmuşdur. Hazırkı halda borclu Şəxs hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbkar X5 icra sənədi üzrə qeyd olunmuş borc məbləğinin borclu Şəxs tərəfindən 500 manat məbləğinin ödənilməsi barədə məhkəmə iclasında razılığa gəlmişlər, borclu tərəfindən 250 manatı dərhal ödənilmiş, qalıq qalmış 250 manat məbləğinin ödənilməsi barədə ümumi razılığa gələrək, məhkəməyə ərizə təqdim etmişlər. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar