Məhkəmə qərarları › İş №3(002)-144/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-144/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-144/2025 23.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbehvermə haqqında EQ 25118105 saylı, xx.xx.2024-cü il tarixli Qərarını ləğv etməklə inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin şikayətlə əlaqədar Yasamal rayon Məhkəməsinin 3(004)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyatı üzrə Bak şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsində qərarın səhvən tərtib edildiyini, həmin vaxt, yəni 18 dekabr 2024-cü il tarixdə qeyd olunan avtomobili özünün idarə etdiyini bildirmişdir. Lakin şikayət ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, ləğv edilməsi xahiş edilən qərar Kasumov Maqamed adlı şəxsin adına tərtib edilmiş və X1 qeyd olunan qərarın ləğvinə dair məhkəməyə müraciət etmək hüququnu təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbindən aydın olur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, inzibati qərarın başqasının adına səhv tərtib olunması ilə bağlı DİN-in BDYPİ-nə müraciət etməli, protokol və qərarda müvafiq düzəlişlər edildikdən sonra qəbul edilmiş qərardan narazı qalacağı təqdirdə inzibati xətanın törədildiyi ərazi üzrə və ya vəsatət verməklə yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar