Məhkəmə qərarları › İş №3(002)-1445/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1445/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1445/2023 08.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs “X1” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə baxılması üçün hüquqi şəxs “X1” MMC barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 iyul 2023-cü il tarixli MN №1763547 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “X1” MMC-nin fəaliyyəti zamanı ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, atmosferə buraxılan zərərli qazların miqdarını müəyyən etmək məqsədi ilə monitorinq keçirilmişdir. Monitoring zamanı idarənin əməkdaşları “X1” MMC-nin ərazisinə buraxılmamış və “X1” MMC-nin sərhədləri kənarında ölçmələr aparılaraq dəm qazının normadan artıq olduğu müəyyən edilmişdir. İnzibati protokolu müafiə edir və “X1” MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X7 Monitorinq idarəsinin əməkdaşları "xxxx" MMC barəsində protokol tərtib etməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Qanununun tələblərini pozmuşdurlar. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Qanunun 2.1-ci maddəsində isə Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar; eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu İlə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin məğzindən görünür ki, yoxlamaların aparılması mümkün olan sahələrin siyahısında ekologiya sahsində yoxlamaların aparılması nəzərdə tutulmamışdır. Həmin Qanunun 3.1-ci maddəsində adı çəkilən Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması qeyd edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 1.1.2-ci maddəsinə əsasən sahibkar dedikdə əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər başa düşülür. Qeyd edilən qanunun: 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) * yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqaniar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmal ar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3. Yoxlamaların qanuniliyi. 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları İlə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarianması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13,2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqaniar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nİn müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. V. Reyestrdən məlumatların verilməsi qaydası 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, “Səngəçal" ES MMC 2008-ci il tarixində istismara buraxılmış və bu illər ərzində ölkə ərazisində 20 milyard kvt.saatdan çox elektrik enerjisini istehsal edərək əhali və digər enerji tələbatçılarımn elektrik enerjisi ilə təmin edən və ölkə iqtisadiyyatının inkişafında çox önəmli yer tutan sahibkarlıq subyektidir. Digər bir tərəfədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İnzibati xəta haqqında" MN ******* nömrəli 17 iyul 2023-cü il tarixli X3 Məcəlləsinin 100, 100.1.8 (inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar) və 100.4-cü maddələrinin Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur) tələblərini pozmaqlar tərtib olunmuşdur. Belə ki, adı çəkilən MN ******* nömrəli 17 iyul 2023-cü il tarixli protokolda yuxarıda qeyd edilən mMumatlardan heç biri öz əksini tapmamışdır. Onu da məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, “Səngəçal ES" MMC “İİ” dərəcəli təhlükəlilik kateqoriyasina malikdir və sanitar normalara uyğun olaraq bu kateqoriya müəssisələr üçün X6 500 metr qəbul olunmuşdur. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının hansı nöqtədən və stansiyanın tüstü borularından hansı məsafədə ölçmə apardıqları protokolda və məhkəməyə təqdim etdiyi aktlarda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Agentliyi tərəfindən "Səngəçal ES” MMC-yə verilmiş və 26 noyabr 2023-cü il tarixədək qüvvədə olan “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə” sənədində Karbon oksidi (CO) çirkləndirici maddəsinin illik tulantı miqdarı 1658.250 ton olaraq təyin olunmuş və 2023-cü ilin 1-ci yarımilliyi ərzində bu tullantının hesablanmış miqdarı 442.108 ton olmuşdur Ki, bu da ümumi icazə verilən miqdarın 26,7%-ni təşkil edir. İlk yarımillikdə tullantı miqdarının az olması ölkə ərazisində il boyu suyun bol olması və ölkə ərazisində elektrik enerjisinə olan tələbatının çox hisssəsinin su elektrik stansiyaları tərfindən ödənilməsi və bu səbəbdən də “Səngəçal ES" MMC-nin fəaliyyətinin bu ilin fevral ayının sonundan iyul ayının sonunadək stnasiyanın tam olaraq ehtiyatda olması ilə izah edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş protokolda əsas kimi qüvvədən düşmüş SSR Səhiyyə Nazirliyinin 27 avqust 1984-cü il tarixli 3086-84 saylı normativ aktına isitinad edilmişdir. Halbuki qeyd edilən məsələlər ilə bağlı AR Səhiyyə Nazirliyinin 17 dekabr 2002-ci il tarixli “Yaşayış yerlərinin atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi" gigiyenik normativlər sənədi 2002-ci ildən qüvvəyə minmişdir. Karbon oksidi (CO) tullantısı insan sağlamlığı üçün az təhlükəli olan “İV” təhlükəlilik sinfinə aid edilərək təsnifatlandırılmışdır və bu tullantının “İş zonasının havasında zərərli maddələrin toplanmasının buraxılabiiən həddi (TBH) №ПДK 4617-88, 26.05.88-ci il tarixli sənədə müvafiq olaraq birdəfəlik maksimal buraxıla bilən konsentrasiya həddi stansiya ərazisində işçi zonanın havasında 20 mq/m3 təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, icraatınızda olan 3(002)-1445/2023 saylı iş üzrə “Səngəçal ES" MMC barəsində AR İXM-nin 233.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməyinizi xahiş edirəm. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X1” MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 17 iyul 2023-cü il tarixli MN №1763547 saylı inzibati xəta haqqında protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “X1” MMCnin fəaliyyəti zamanı ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs “X1” MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hüquqi şəxs “X1” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xətalara görə təyin ediləcək inzibati tənbeh tədbirlərini nəzərə alaraq inzibati xətanı törədən hüquqi şəxs “X1” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş hüquqi şəxs “X1” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar