Məhkəmə qərarları › İş №3(002)-1446/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1446/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1446/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 08 avqust 1991-ci ildə Cəlilabad rayonu, Qarğılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Cəlilabad rayonu, Qarğılı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımovun 23 oktyabr 2021-ci il tarixli qərarından və 256/21 nömrəli rədd materialına əsasən tərtib edilmiş 05.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində vətəndaş Şəxs idarə etdiyi “Kamaz 5511» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli ticarət mərkəzinin qarşısında yerləşən dairədə hərəkətdə olduğu zaman yolu keçən piyada İran İslam Respublikası vətəndaşı X2 vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Kamaz 5511” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yüklərin daşınması ilə məşğul olur. 24.09.2021-ci il tarixində sifariş əsasında Binəqədi rayonuna daş aparmış, həmin gecəni orada qalıb, daşı satdıqdan sonra 25.09.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı evə getmək üçün Bakı şəhərində Qaradağ rayonu ərazisində üzü Lökbatan qəsəbəsi istiqamətində hərəkət etmiş, həmin vaxtı avtomobilin sürəti saatda təxminən 30-40 km/saat olmuşdur. Yasamal rayonu tərəfdən gələrkən yolun sağ hissəsində yerləşən Meyvəli ticarət mərkəzinin çıxış hissəsində minik avtomobillərinin çıxdığını görüb, sürətini azaltmış, yol onun olduğu üçün minik maşınları ona yol vermiş və o hərəkətini davam etdirmişdir. Bu zaman həmin avtomaşınların qarşısından bir nəfər orta yaşlı kişinin yola daxil olduğunu görmüş, hadisənin qarşısını almaq məqsədilə əyləcə basmış, lakin həmin piyada qəfildən yola daxil olduğu üçün hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qarşı hissəsi ilə piyadanı vurmuşdur. O dərhal avtomaşını saxlayıb, yerə düşmüş piyadanın yanına yaxınlaşmışdır. Ona yerdən qalxmaqda köməklik göstərmiş, yolun kənarına çəkmiş, sonradan bilmişdir ki, həmin şəxs İran İslam Respublikasının vətəndaşıdır. Dərhal hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu gəlmiş və piyada sonradan adını bildiyi X3 3 saylı Sabunçu Şəhər Klinik xəstəxanasına aparılmışdır. O da onun səhhəti ilə maraqlanmaq üçün onunla birlikdə xəstəxanaya getmiş, xəstəxanada müayinə olunduqdan sonra hər ehtimala qarşı bir gecə palataya köçürülmüş, səhəri gün isə öz istəyi ilə evə buraxılmışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsi sərnişinsiz və yüksüz vəziyyətdə olmuşdur. Barəsində icraat aparılan şəxs Şəxs sonda göstərilənləri nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə, zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, zərərçəkmiş şəxs isə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 25 sentyabr 2021-ci il tarixli, 2/27659 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kamaz 5511” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü vətəndaş Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də barəsində həmin maddə ilə inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış material Qaradağ RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Lənkəran RQİ və TBŞ tərəfindən 27.06.2012-ci il tarixində verilmiş AB seriyalı 786042 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 27.06.2022-ci ilədək etibarlıdır. Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş BD seriyalı 112765 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 5511” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobil Şəxs məxsusdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 27 sentyabr 2021-ci il tarixli 713 saylı canlı şəxsin məhkəmətibbi müayinəsi aktından görünür ki, vət. X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – Başın ənsə nahiyəsinin qançırı, başın təpə nahiyəsinin səthi əzilmiş yarası, burnun sağ yan səthinin və sağ yanağın sıyrıqları, sağ bazu oynağının cüzi hərəkət məhdudluğu və şişkinliyi ilə müşayiət olunan sağ bazu nahiyəsinin qançırı və əziyi bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı X6 müraciət etdiyi 25.09.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. vət. X1 almış olduğu xəsarətlərin xarakter və lokalizasıyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində yolu keçərkən avtomaşın onu vurması nəticəsində törənə bilərdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətinə məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar