Məhkəmə qərarları › İş №3(002)-1447/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1447/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1447/2025 25.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X3 DİN-in BDYPİ-nin 03 iyun 2025-ci il tarixli, EQ 28337352 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN BDYPİ X2 xx.xx.2025-ci il tarixli Qərarımın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, tır sürücüsü kimi çalışır. Bildirir ki, 03 iyun 2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 035479 saylı Beynəlxalq qaimə sənədində də qeyd olunmuş ümumi çəkisi 25800 kq olan yük tırın yük daşıma hissəsində olmaqla Qaradağ rayonu Səngəçal qəsəbəsi istiqamətində hərəkət halında ikən elektron cərimə bildirişi gəlmişdir. Cərimənin gəlmə səbəbini öyrənmək üçün ilk polis postuna yaxınlaşdığı zaman ona avtomobil yolu üçün müəyyən olunmuş 40 tonluq kütlə parametrini aşdığı bildirilmiş, bu barədə sistem üzərindən barəsində həmin tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, bunun üzərinə terminalda polis əməkdaşlarının da iştirakı ilə tırın çəkisi ölçüldükdə ümumi çəkinin 39260 kq olması faktı təsdiqlənmişdir. Lakin bu faktın mövcudluğuna baxmayaraq DİN BDYPİ X2 səhv ölçümünün nəticələri bərpa edilməklə adına vurulmuş cərimə elektron sistemdən silinməmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Sözügedən xx.xx.2025-ci il tarixli qərarla elə həmin tarixdə elektron qaydada tanış olduğunu və İXM-nin 126-cı maddəsində təsbit olunmuş şikayətvermə müddətini ötürmədiyini nəzərə alaraq səlahiyyətli qurumun elektron qaydada tərtib olunmuş protokol və qərarı ilə razılaşmadığını bəyan edir, həmin Qərarın qəbul edilməsində sistem xətasının olduğunu, inzibati orqan, habelə onun tabeçiliyində faliyyət göstərən elektron sistem tərəfindən edilmiş "səhvin” vətəndaşın əleyhinə olan halla nəticələnməsinin yolverilməz olduğunu, məhz bu səbəbdən də sözügedən qərarın ləğv edilməsinin yeganə düzgün həll yolu olacağını bəyan edir və qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən, 122.1. Bu Məcəllənin 327.1-327.5. 328, 329.1, 329.2, 330, 339.1-1. 346.3, 346-1.1, 346- 1.5, 353.2 va 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X2 proqram taminati asasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza va elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmuş qaydada elektron sənəd şəklində inzibati tonbeh verma haqqında elektron qərar çıxarılır va həmin X2 müvafiq səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tanbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. 122.8. İnzibati tənbeh verma haqqında elektron qorardan şikayət vermiş şəxsin tələbi ila ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası ayani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 126.1-ci maddəsində birbaşa təsbit olunmuşdur ki; Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-ci maddəsinin müddəalarında göstərilmişdir ki; 127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tonbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron torǝzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün elektron tǝrǝzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemina inteqrasiya edilməlidir: 127-1.4. Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. 127-1.9. Saxlanılmış nəqliyyat vasitəsi nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə bu Məcəllənin 127-1.4-cü maddəsinə uyğun olaraq ölçülən zaman nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmamaqla yüklənməsi müəyyən edildikdə, saxlanılmış nəqliyyat vasitəsi hərəkətin davam etdirilməsi üçün dərhal onu idarə edən şəxsə qaytarılır. Yuxarıda qeyd olunan hüquqi əsaslardan və işin faktiki halllarından da göründüyü üzrə polis əməkdaşlarının və sürücü Məzahir Nəcəfovun iştirakı ilə nəqliyyat vasitəsinin real vaxt rejimində ölçülməsinin nəticəsi kimi müəyyən olunmuş çəki həddinin aşılmadığından, yəni inzibati xətanın mövcud olmadığı öz təsdiqini tapdığından xx.xx.2025-ci il tarixli Qərarın ləğv edilməsi barədə müvafiq qərarın qəbul edilməsi zərurətinin mövcudluğunu bildirir. Məhkəmə iclasında iştirak edən X4 verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində yerləşən "xxxx" ASC-nin ünvanında "xxxx" içməli su məhsullarının Bakı şəhərinə daşınması ilə məşğul olur. İdarə etdiyi SCANİA R 420 yük markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumilikdə dörd oxlu nəqliyyat vasitəsidir və həmin avtomobillər üçün icazə verilən maksimum kütlə parametri yüklə birlikdə 40 tondur. 03 iyun 2025-ci il tarixdə idarə etdiyi SCANİA R 420 yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Naxçıvan Muxtar Respublikasından 2622 bağlamada, 23218 litr su gətirirmiş. O ölkəyə daxil olarkən gömrük sərhədindən keçmiş, gömrük postunda da nəqliyyat vasitəsi çəkilmiş və nəqliyyat vasitəsi ona icazə verilən kütlə parametrlərini aşmamışdır. Belə ki, şikayətə əlavə etdiyi Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyindən verilmiş, 035479 saylı, 30 may 2025-ci il tarixli beynəlxalq qaimə (CMR) sənədində də idarə etdiyi nəqliyyat vasitəsindəki yükün brutto çəkisinin 25800 kq olduğu qeyd olunmuşdur. Bundan başqa “Agro-Terminal” Lökbatan tərəzi xidmətindən verilmiş 132255 saylı, xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən aydın olur ki, idarə etdiyi nəqliyyat vasitsəinin yüklə birlikdə dolu çəkisi 39260 olmuşdur. Göründüyü kimi o, heç bir pozuntu törətməmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 03 iyun 2025-cü il tarixli, EQ 28337352 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 03 iyun 2025-cü il tarixli, EQ 28337352 nömrəli qərardan aydın olur ki, X4 03 iyun 2025-cü il tarixdə saat 13:37-də idarə etdiyi «SCANİA R 420» yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materialına əlavə edilmiş "xxxx" ASC-dən verilmiş 29 may 2025-ci il tarixli, “göndərilən yük haqqında məlumat forması”ndan aydın olur ki, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşında olan suyun miqdarı 23218 litr olmaqla, 2622 bağlamada yerləşdirilmişdir. Şikayətə əlvaə edilmiş “Agro-Terminal” Lökbatan tərəzi xidmətindən verilmiş 132255 saylı, xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən aydın olur ki, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının çəkisi 39260 kq olmuşdur. Məhkəmə tərəzi çekinə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki qeyd olunan avtomobilin yüklə dolu gələrkən əlavə yüklənməsi və eləcə də inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X3 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 03 iyun 2025-cü il tarixli, EQ 28337352 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 DİN-in BDYPİ-nin 03 iyun 2025-cü il tarixli, EQ 28337352 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar