Məhkəmə qərarları › İş №3(002)-1448/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1448/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1448/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə fərdi qaydada fəhləlik edən, Ağdam rayonu, Ağdam şəhəri, S.S. Axundov küçəsi, döngə 1, ev 2 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1780/2024 saylı, 02 oktyabr 2024-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan il ərzində təkrar icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 15 iyul 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1780/2024 saylı, 02 oktyabr 2024-ci il tarixli icra vərəqəsinə əsasən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsi (hakim Mahir Nifteliyev) ilə, iddianın qismən təmin edilməsi, Şəxs 58400 manat ve iddia tələblərinin təmin edilmiş hissesinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 265,20 manat – cəmi 58665 (əlli səkkiz min altı yüz altmış beş) manat 20 (iyirmi) qəpik alınaraq X4 verilməsi, X3 Şəxs qarşı iddiasının qalan 36500 (otuz altı min beş yüz) manat və ödənimiş dövlət rüsumu əvəzində 109 (yüz doqquz) manat 80 (səksən) qepik tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı X3 nümayəndəsi (vəkili) X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(013)-836/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, cavabdeh Şəxs 94.900 (doxsan dörd min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 375 (üç yüz yetmiş beş) manat, cəmi 95.275 (doxsan beş min iki yüz yetmiş beş) manat məbləğində pulun alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 10 mart 2025-ci il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 17 mart 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. ünvan 2 il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-966/2025 saylı, 06 may 2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclu yaranmış borc məbləğindən 24 iyul 2024-cü il tarixdə 500 manat, 23 avqust 2024-cü il tarixdə 500 manat, 12 noyabr 2024-cü il tarixdə 500 manat, 15 dekabr 2024-cü il tarixdə 500 manat, 15 yanvar 2024-cü il tarixdə 500 manat, sonuncu dəfə isə 07 aprel 2025-ci il tarixdə 400 manat ödəniş etməklə ümumilikdə 3400 manat ödəmiş, 91875 manat borcu qalmışdır. Borclu yuxarıda göstərilənlərlə bağlı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-966/2025 saylı, 06 may 2025-ci il tarixli qərarına əsasən inzibati məsuliyyətə cəlb olunsa da bundan heç bir nəticə çıxarmamış və tənbehdən sonra da heç bir ödəniş etməmişdir. Beləliklə Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında Şəxs ödəməli olduğu 91875 manat borcundan məbləğindən heç bir ödəniş etmədiyini bildirərək sonuncunun barəsində ağır inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Özü “Sədərək” TM-də fərdi qaydada fəhləlik edir. Həmçinin hər ay 503 manat aliment borcu da ödəyir. İndiyədək borcundan 3400 manat ödəniş etmişdir. Qalan məbləği də hər ay 500 manat olmaqla ödəyəcəkdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs Azərbaycan respublikası İXM-nın 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-966/2025 saylı, 06 may 2025-ci il tarixli qərarından aydın olur ki, borclu Şəxs yuxarıda qeyd olunan icra işi üzrə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də yaranmış borcundan uzun müddətdir ki, heç bir ödəniş etməməsini və hal-hazırda da ödəniş etmək üçün heç bir real cəhdlərin göstərilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən saat 16:40-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar