Məhkəmə qərarları › İş №3(002)-1457/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1457/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1457/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 25-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirini pozaraq polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 06 iyul 2023-cü il tarixdə icraatına Qaradağ RPİ-nin İŞ-nin 03 iyul 2023-cü il tarixli 3-13-48/2-12659/2023 nömrəli məktub daxil olmuş, həmin məktubda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı ilə bağlı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-da qeydiyyatda olan və Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 4-cü massiv, ev 55A-da yaşayan xx xxxxxx 1975-ci il təvəllüdlü Şəxs qeydiyyata alınması bildirilmişdir. Bu məqsədlə o dəfələrlə sonuncunun yaşadığı ünvanda olmasına və qeydiyyat barədə özünə və ailə üzvlərinə deməsinə baxmayaraq qeydiyyatdan keçməkdən yayınaraq polisin qanuni tələblərinə tabe olmayaraq müxtəlif bəhanələrlə yayınmışdır. Nəticədə sonuncunu 26 iyul 2023-cü il tarixdə 38-ci PB-na gətirmiş və barəsində 26 iyul 2023-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib etmişdir. Odur ki, Şəxs “həbs” növündə tənbeh tədbiri tətbiq etməklə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol vermədiyini bildirərək göstərmişdir ki, alilə olmaqla ünvan 25-də yaşayır, himayəsində üç azyaşlı uşağı var, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2020-ci ildə azadlığa çıxmışdır. Hal-hazırda barəsində ********* nömrəli cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin işlədiyinə görə polisin çağırışlarına cavab verməmişdir. Lakin bir daha belə hallara yol verməyəcəyini qeyd edərək iş üzrə barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqni tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən saat 11:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar