Məhkəmə qərarları › İş №3(002)-1457/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1457/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1457/2024 21.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X9 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 200-cü maddəsi ilə 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə əsas 13 nömrəli Şəhər Poliklinikasının əməyin mühafizəsi üzrə mühəndis X6 X17 Xidmətinə şikayəti olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə aid olmayan tibbi tullantıların idarə olunması vəzifəsi ona həvalə edilmişdir. X17 Xidmətinin müfəttişləri tərəfindən məsələ hərtərəfli araşdırılmadan, bununla bağlı müvafiq sənədlər təhlil etmədən, şikayətçinin mübahisələndirdiyi əmrin qəbul edilməsindən 5 ay sonra şikayət etməsi nəzərə alınmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, 13 nömrəli şəhər poliklinikasının 66 nömrəli, 25.07 2023-cü il tarixli əmri ilə tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslər kimi təkcə əməyin mühafizəsi üzrə mühəndis X7 yox, həmçinin təsərrüfat tibb bacısı X10 təyin edilmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər"nin 3.4-cü bəndinə əsasən, "MPM-in (müalicə-profilaktika müəssisəsinin) rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir". Tələblərdən göründüyü kimi, tibbi tullantıların toplanmasına cavabdeh şəxsdən əlavə hər bölmə üzrə əlavə cavabdeh şəxs təyin edilir və onlar bilavasitə tullantıların yığılmasına nəzarət edir. Bir qayda olaraq müəssisələrdə bu işi təsərrüfat tibbi bacısı həyata keçirdiyindən 13 nömrəli şəhər poliklinikasının 66 nömrəli, 25 07.2023-cü il tarixli əmrində də təsərrüfat tibb bacısı qeyd edilmiş, lakin tibbi tullantılar əməyin mühafizəsi ilə bağlı olduğundan tibbi tullantıların idarə olunmasına ümumi nəzarət əməyin mühafizəsi üzrə mühəndisə həvalə edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 çıxışı zamanı izahat verərək bildirmişdir ki, şikayəti müdafiə edir. Belə ki, 13 nömrəli şəhər poliklinikasının 66 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə tibbi tullantıların idarəolunmasına cavabdeh şəxslər kimi yalnız əməyin mühafizəsi üzrə mühəndis X7 yox, həmçinin təsərrüfat tibb bacısı X10 təyin edilmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər"nin 3.4-cü bəndinə əsasən, "MPM-in (müalicə-profilaktika müəssisəsinin) rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir". Tələblərdən göründüyü kimi, tibbi tullantıların toplanmasına cavabdeh şəxsdən əlavə hər bölmə üzrə əlavə cavabdeh şəxs təyin edilir və onlar bilavasitə tullantıların yığılmasına nəzarət edir. Bir qayda olaraq, müəssisələrdə bu işi təsərrüfat tibbi bacısı həyata keçirdiyindən 13 nömrəli şəhər poliklinikasının 66 nömrəli, xx.xx.2023-cü il tarixli əmrində də təsərrüfat tibb bacısı qeyd edilmiş, lakin tibbi tullantılar əməyin mühafizəsi ilə bağlı olduğundan tibbi tullantıların idarə olunmasına ümumi nəzarət əməyin mühafizəsi üzrə mühəndisə həvalə edilmişdir. Bununla da tibbi tullantıların idarə olunmasına nəzarət vəzifəsi əməyin mühafizəsi üzrə mühəndis X6 öhdəliyinə həvalə edilmişdir. Çünki əməyin təhlükəsizliyi həm də fiziki, bioloji, eləcə də kimyəvi amillər də nəzərə alınmaqla təmin edilməli, həmin tullantıların düzgün idarə edilməməsi nəticəsində yarana biləcək mümkün infeksion xəstəliklərdən tibb işçilərinin, pasientlərin sağlamlığı qorunmalıdır. Tibbi tullantıların idarə olunmasına nəzarət dedikdə, həmin tullantıların daşınmasında birbaşa iştirakını nəzərdə tutmur, yalnız onların daşınması, toplanması, çəkisinin ölçülməsi üzərində nəzarəti nəzərdə tutur. Bu səbəbdən əməyin mühafizəsi üzrə mühəndis X2 barəsində vermiş olduğu şikayət əsassızdır. Çünki sonuncuya yeni bir vəzifə və ya əlavə iş həvalə olunmamış, sadəcə müvafiq əmr onun bu öhdəliyi ilə bağlı xatırlatma və işin icrasının möhkəmləndirilməsi məqsədilə qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, X14 bildirmişdir ki, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarına əsasən, tibbi tullantıların idarə olunmasına nəzarət məhz əməyin mühafizəsi üzrə mühəndisin vəzifə səlahiyyətlərinə daxildir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X16 izahatında bildirmişdir ki, əməyin mühafizəsi üzrə mühəndis X6 əmək müqaviləsində vəzifə öhdəlikəri sırasına daxil edilməmiş işlərə cəlb edildiyi müəyyən edilmişdir. Belə ki, 13 nömrəli şəhər poliklinikasının baş həkimi X9 əmrinə əsasən X7 tibbi tullantıların idarə olunmasına cavabdeh şəxs kimi göstərilmişdir. Yəni tibbi tullantılar göstəriş verilmiş qaydada toplanılmadıqda, qablaşdırılmadıqda və s. işlər həyata keçirilmədiyi təqdirdə, sonuncu bu işlərdən məsul şəxs qismində cəlb edilə bilər. Əlavə olaraq bildirmişdir ki, X7 həmin işlərə nəzarət edən şəxs kimi müəyyən edilmişdirsə müvafiq əmrdə də o formada qeyd olunmalı idi. Bu səbəbdən X6 barəsində qəbul edilmiş əmr qanunsuz xarakter daşımaqla, inzibati xəta tərkibini yaradır. Odur ki, məhkəmədən şikayətin rədd edilməsini, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirdi ki, bir qayda olaraq, müəssisələrdə tullantıların toplanması və qablaşdırılması işlərini təsərrüfat tibbi bacısı həyata keçirir, lakin tibbi tullantılar əməyin mühafizəsi ilə bağlı olduğundan tibbi tullantıların idarə olunmasına ümumi nəzarət əməyin mühafizəsi üzrə mühəndisə həvalə edilmişdir. Bununla da tibbi tullantıların idarə olunmasına nəzarət vəzifəsi əməyin mühafizəsi üzrə mühəndis X6 öhdəliyinə həvalə edilmişdir. X7 poliklinikada tullantıların idarə olunmasında birbaşa iştirak etməyərək, sadəcə bu işlərin görülməsinə nəzarəti həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X15 digər şahid X11 ilə eyni məzmunlu izahat vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahatında bildirdi ki, hazırda həmin poliklinikada baş tibb bacısı vəzifəsində çalışır. Tibbi tullantıların idarə olunmasına nəzarət vəzifəsi əməyin mühafizəsi üzrə mühəndis X6 öhdəliyinə həvalə edilmişdir. Poliklinikada tullantıların toplanması və qablaşdırılması işlərini təsərrüfat tibbi bacıları həyata keçirir. X7 poliklinikada tullantıların idarə olunmasında birbaşa iştirak etməyərək, sadəcə bu işlərin görülməsinə nəzarəti həyata keçirmişdir. Həmçinin sonuncu ayda 1 dəfə olmaqla təsərrüfat bacılarına tullantıların idarə edilməsinə dair hesabat jurnalına imza çəkilməsinə göstəriş verərək, əlavə hər hansı bir iş gördüyünün şahidi olmamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X4 məhkəmənin sualına cavab olaraq, əməyin mühafizəsi üzrə mühəndis X6 tibbi tullantıların toplanması və qablaşdırılması işlərini təsərrüfat tibbi bacılarına nəzarəti həyata keçirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X10 məhkəmənin sualına cavab olaraq bildirdi ki, poliklinikada təsərrüfat bacısı vəzifəsində çalışır. Tullantıların toplanması və qablaşdırılması işlərini onlar özləri həyata keçirir, əməyin mühafizəsi üzrə mühəndis X7 isə işin icrasına nəzarəti və hesabatı həyata keçirir. Məhkəmə iş üzrə proses iştirakçılarının, şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X14 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 200-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə götürülmüş X6 əmək funksiyalarına aiddir: 1) Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi. 2) Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət. 3) İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərının qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq 4) İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək, Rəhbərin digər tapşırıqların yerinə yetirmək. Həmçinin əmək müqaviləsinin 3-cü maddəsinin 3.2-ci bəndində qeyd edilmişdir ki, bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habela onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, X7 13 nömrəli şəhər poliklinikasının baş həkiminin 66 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə tibbi tullantıların idarə olunmasına (toplanması, müvəqqəti saxlanması və daşınmasına) cavabdeh şəxs qismində təyin edilmişdir. Belə ki, bu vəzifə öhdəliyi onun əmək müqaviləsində nəzərdə tutulmadığı halda ona həvalə edildiyindən və bu işin icrası ilə bağlı ona heç bir haqq ödənilmədiyindən, hazırki vəziyyətindən narazıdır. Məhkəmə təqdim edilmiş şikayəti verilmiş izahat və əlavə sənədlərlə araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, 13 nömrəli şəhər poliklinikasında əməyin mühafizəsi üzrə mühəndis X6 şikayəti əsasında X17 Xidməti tərəfindən araşdırma aparılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş həmin izahatdan da göründüyü kimi işəgötürən tərəf sonuncunun razılığı olmadan ona əmək müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin görülməsini həvalə etmişdir. Qeyd olunan əmri işəgötürən tərəf müəssisə olaraq tabe olduqları qurumun birbaşa göstərişi əsasında verdiyini bildirsə də, məhkəmə hesab edir ki, işçinin razılığı əldə olunduqdan sonra onun həmin işlərə cəlb edilməsi qanunvericiliklə uyğunsuzluğa səbəb olmazdı. Göründüyü kimi X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 200-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, qərardan şikayət vermiş şəxsin izahatı və digər iş materialları ilə sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib olunduğundan, həmçinin qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıması kimi qiymətləndirilir, verilmiş şikayət əsassız olduğundan təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 200-cü maddəsinə əsasən İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə-min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar