Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1459/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şikayət vermiş şəxs X3 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, Müəyyən etdim: X7 məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 3(011)-4218/2021 nömrəli qərardadına əsasən X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət üzrə inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Şşikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar 07 dekabr 2020-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 3(011)- 4218/2021 nömrəli qərardadına əsasən material həmin tarixdə adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilməmiş, həmçinin şikayət ərizəsində də bununla əlaqədar heç bir üzrlü səbəb göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edir edirəm ki, A.A.Əliyevin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli, MN № ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130 və 131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X1 izah edilsin ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1459/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1459/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver