Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-146/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YPX baş inspektoru, polis kapitanı X1, Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis serjantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, səhər 08:30 radələrində ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 31 yanvar 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində ünvan 2ndə idarə etdiyi ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili avtobus dayanacağında saxladığı üçün törətmiş olduğu qayda pozuntusu barədə ona məlumat verilərkən, o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai yerdə səs-küy yaradaraq videoçəkiliş ilə polisi hədələmiş və nalayiq ifadələr işlətmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 31 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YPX baş inspektoru, polis kapitanı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində ** YP *** çağırışlı avtopatrulla inzibati ərazidə xidmətdə olarkən ünvan 2ndə yerləşən avtomobil dayanacağında dayanma durma nişanının tələbini pozan ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil barədə DYPİ-nin rəisi 255 nömrəli efir vasitəsilə onlara zəng vuraraq həmin avtomobilin qayda pozuduğunu bildirmiş və onun barəsində tədbir görülməsini onlara bildirmişdir. Nəticədə həmin avtomobilin sürücüsü onların tərəfindən saxlanılaraq törətmiş olduğu qayda pozuntusu barədə ona məlumat verilmişdir. Vətəndaşa barəsində inzibati protokol tərtib olunacağı qeyd edilmişdir. Bundan sonra həmin sürücü yüksək səslə nalayiq ifadələr işlədərək onları təhqir etməyə başlamış və polis əməkdaşlarının ünvanına qarğışlar yağdırmışdır. Polisin fəaliyyətinə mane olduğundan sürücü Şəxs onlar tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə gətirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis serjantı X6 öz izahatında oxşar ifadə verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, o, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi ** KS *** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada və eyni zamanda “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 31 yanvar 2023-cü il tarixdə Qaradağ rayonu, 28 May küçəsində yerləşən avtobus dayanacağının yaxınlığında sürətini azaldaraq nəqliyyat vasitəsinin içərisindən yüksək səslə səslənərək dayanacaqda dayanan vətəndaşlardan “20 Yanvar” istiqamətində gedən olub-olmadığını soruşmuşdur. Həmin zaman həmin istiqamətdə gedən olmadığından avtomobilə heç kim minməmişdir. Dayanacaqdan bir qədər irəliyə keçən zaman 256 çağırışlı YPX patrul maşını onu saxlayaraq dayanacaqda saxladığına görə qayda pozduğunu bildirmiş, bu səbəbdən də ona inzibati protokol yazılacağını bildirmişdir. Həmin an o adına yazılmış cərimələrin çox olduğunu, maddi imkanının zəif olduğundan ödəniş etməkdə çətinlik çəkdiyini bildirmişdir. Polis əməkdaşı ondan etibarnamə tələb etmiş, o da etibarnaməni qaytararkən polis əməkdaşlarına “qiyamətdə cavab verəcəksiniz” deyərək əsəbi şəkildə bildirmişdir. Bundan sonra onu 10-cu PB-na gətirmişlər. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyini bildirərək ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-146/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-146/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver