Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1460/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şikayət vermiş şəxs X2 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: X3 barəsində qəbul 12 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti Bakı şəhər, Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 3(009)-2213/2021 nömrəli qərardadına əsasən X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 12.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətçi X2 adından verilmiş şikayət ərizəsi imzalanmamış, bu hal isə şikayətin sonuncu tərəfindən verilməsini şübhə altına alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1460/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1460/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver